Kateqoriya Arxivləri: Xəbərlər

Fakültəmizdə yeni dərs vəsaiti işıq üzü gördü

 Fakültəmizdə yeni dərs vəsaiti işıq üzü gördü Xarici dillər fakültəsi Fransız dili kafedrasının baş müəllimi Ruqiyyə Orucovanın “Xarici dildə (fransız) işgüzar akademik kommunikasiya” adlı dərs vəsaiti Gəncə Dövlət Universiteti bakalavr təhsil dərəcəsində qeyri ixtisas tələbələri üçün nəzərə tutulmuşdur.             Dərs vəsaiti Azərbaycan bölməsinin tələbələri üçün nəzərdə tutulduğundan dil materiallarının  izahında və möhkəmləndirilməsində ana dilinə istinad […]

Davamı

“Sinifdə qarşılıqlı əlaqə” mövzusunda metod seminar keçirildi

05.03.2025-ci il tarixdə Xarici dillər fakültəsi Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Türkan Ağayevanın “Sinifdə qarşılıqlı əlaqə”mövzusunda metod seminarı keçirildi. Seminarda kafedranın müəllim heyəti iştirak etdilər. Ağayeva Türkan mövzu ilə bağlı cıxış etdi;- Bildirdi ki, sinifdə qarşılıqlı əlaqə termin müəllim və tələbələr arasında qarşılıqlı əlaqəni, ünsiyyəti əhatə edir. Tədqiqatlar sinifdə qarşılıqlı əlaqəni formalaşdıran […]

Davamı

Bu gün Novruzun ikinci çərşənbəsi-Od çərşənbəsidir.

Od çərşənbəsində od rəmzi istilah daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, sayalı, arındırıcı bir varlıq kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalarlar.  Səbəbi odur ki, həyətə keçən özüylə bərabər ağırlıq, pis niyyəti gətirməsin. Hamısı elə bu alovda yansın, yox olsun.Od çərşənbəsinə […]

Davamı

“Pedaqoji etikanın kateqoriyaları, prinsipləri, vasitələri və tədqiqat metodları” mövzusunda açıq dərs

03.03.2025-ci il tarixdə Xarici dillər fakültəsində Pedaqoji etika (seçmə) fənnindən “Pedaqoji etikanın kateqoriyaları, prinsipləri, vasitələri və tədqiqat metodları” mövzusunda baş müəllim İlahə Cəlilovanın açıq dərsi oldu. Mövzuda əxlaqi dəyərlər olan xeyir və şər, vicdan, mənəvi borc, şərəf , ləyaqət və namus haqqında geniş təqdimat oldu. Daha sonra “Pedaqoji etikanın kateqoriyaları, prinsipləri, vasitələri və tədqiqat metodları […]

Davamı

“Xocalı – unudulmaz ağrımız!” adlı tədbir

“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”                               Heydər Əliyev 25.02.2025-ci il tarixində Xarici dillər və Filologiya fakültəsində 26 fevral – Xocalı soyqırımına həsr olunmuş “Xocalı – unudulmaz ağrımız!” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir. Ümummilli liderimiz Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, torpaqlarımızın azadlığı […]

Davamı

Azərbaycan-Qazaxstan qarşılıqlı təcrübə mübadiləsi

Gəncə Dövlət Universitetində “Ustad dərs”i keşirildi. Ustad dərs – Pedaqoji elmlər doktoru, Avroasiya Texnologiya Universitetinin professoru, Pedaqoji elmlər üzrə Beynəlxalq elmlər Akademiyasının akademiki Masırova Rimma Ramazanovna tərəfindən keçirildi. Tələbə və müəllimlərin geniş marağına səbəb oldu. Dərsin mövzusu “Elmi axtarışların təşkili” idi. Maraqlı keçən görüş öz səmərəsini tələbələrin fəallığnda əks etdirdi.

Davamı

“Danışma Mexanizmi” adlı elmi seminar keçirildi

Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində 23.01.2025-ci il tarixində “Rus dili”  kafedrasının  elmi seminarı keçirildi. Elmi seminarda  “Rus dili” kafedrasının  müdiri dos.Əhmədova Kəmalə  və kafedranın əməkdaşları  iştirak etdilər. Kafedrada keçirilən  Elmi seminarda f.f.d baş müəllim  Nəbiyeva Kəmalə “Danışma Mexanizmi” mövzusu ilə çıxış etdi.

Davamı

GDU-DA PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASI BAŞLAYIB

   Universitetin rektoru Yusif Yusibovun imzaladığı əmrə əsasən ali təhsil ocağında bütün texniki-təşkilati işlər yüksək səviyyədə başa çatdırılıb. İmtahan sessiyasının mövcud əsasnamələrə uyğun obyektiv keçirilməsi, imtahan prosesinə kənar müdaxilənin yol verilməməsi və tələbələrin biliklərini nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb.  İmtahan cədvəlləri təsdiq edilib və hər bir fənn üzrə suallar vaxtında tələbələrə çatdırılıb. İmtahanla bağlı təlimat GDU-nun […]

Davamı