Mir Cəlal Paşayev Adına 39 saylı tam orta məktəbdə açıq sınaq dərs

14 aprel 2025-ci il tarixdə Qrammatika və ingilis dilinin tədrisi kafedrasına təhkim olunmuş, IV kurs tələbəsi Cəfərova Aygün Anar qızının pedaqoji təcrübə keçdiyi 39 saylı tam orta məktəbdə IV sinif şagirdlərinə, açıq sınaq dərsi olmuşdur.

Dərsin mövzusu “Party Food” idi. Cəfərova Aygün mövzu ilə bağlı videolar təqdim etdi. Mövzu şagirdlər üçün cox maraqlı idi. Dərsdə şagirdlər mövzuya uyğun əyani vasitələr gətirmişdilər (cips, meyvə,və şirəsi, şirniyyat və s.) Şagirdlər yeni sözləri mahnı vasitəsilə öyrəndilər. dərs çox maraqlı keçdi.

Sınaq dərsdə;- Təcrübə və kariyera şöbəsinin müdiri dos Cabbar Qarayev, Xarici dillər fakültəsinin dekanı dos Əjdər Əsgərov, Qrammatika və ingilis dilinin tədrisi kafedrasın müdiri dos Elnarə Abdullayeva, sinif rəhbəri Qarayeva Leyla, pedaqoji təcrübənin rəhbəri baş müəllim Türkan Cəlilova və pedaqoji təcrübədə olan tələbələr iştirak etdilər.