Müəllif Arxivləri: Reyhan Şəmsizadə

“Əli və Nino” əsərinin bir hissəsinin təqdimatı

Bu gün GDU-nun Filologiya və Xarici Dillər fakültəsinin 2¹ qrupunun Nitqin İnkişafı dərsində Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Gülnur İsmayılovanın təşkilatçılığı ilə “Əli və Nino” əsərinin bir hissəsinin təqdimatı oldu. Təqdimatda iştirak edən tələbələr obrazları ingilis dilində mükəmməl və axıcı şəkildə canlandırdılar. Dərsdə Filologiya və xarici dillər fakültəsinin dekanı dosent Əliyev Yadigar və dekan […]

Davamı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev – Müstəqil Azərbaycanın memarı” adlı tədbir keçirildi

06 may 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Filologiya və Xarici Dillər fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev – Müstəqil Azərbaycanın memarı” adlı tədbir keçirilmişdir. Tədbir universitetin V tədris binasında baş tutmuş, açılış nitqində vurğulanmışdır ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusu, milli ideyanın daşıyıcısı və xalqımızın […]

Davamı

“XX əsr fransız ədəbiyyatı. Ekzistansializm cərəyanı” mövzusunda açıq dərs

04.05.2026 cı il tarixində II kurs fransız dili ixtisasında “Xarici ölkə ədəbiyyatı” fənnindən Fransız dili kafedrasının dosenti, Aygün İlham qızı Əliyevanın açıq dərsi oldu. Mühazirənin  mövzusu “XX əsr fransız ədəbiyyatı. Ekzistansializm cərəyanı” idi. Mühazirə slayd şəklində hazırlanmışdı. Müəllim İlk öncə tələbələri mühazirənin planı ilə tanış etdi. Planda ilk mövzu Ekzistansializm cərəyanının  yaranması və tarixi idi. […]

Davamı

“Cənubi Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrin bədii fikrə təsiri” mövzusunda açıq dərs keçirilmişdir

28.04.2026-cı il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Yusubova Aygün Azadil qızının “Cənubi Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrin bədii fikrə təsiri” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə Filologiya və xarici dillər fakültəsinin dekanı dosent Yadigar Əliyev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Səba Namazova, Qızılca kənd tam orta məktəbinin direktoru Yeganə İsgəndərova və […]

Davamı

Tələbə Elmi Dərnəyinin Seminarı keçirilmişdir

30 aprel 2026-cı il tarixində, Filologiya və xarici dillər fakültəsində Tələbə Elmi Dərnəyinin seminarı keçirilmişdir. Seminarda ingilis dili müəllimliyi ixtisasının II kurs tələbəsi Həsənova Gülçin, III kurs tələbələri Bağırzadə Südabə, İbrahimova İlkanə, Əliyeva Fidan, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbələri Qurbanova Fidan, Əkbərova Rabiyyə öz məqalələri ilə çıxış etdilər. Tədbirdə Fakültə dekanı […]

Davamı

“İmparfaît de l’indicatif” mövzusunda açıq dərs

28.04.26-cı il tarixində, Fransız dili kafedrasının baş müəllimi Zenfira Huseynovanın “fransız dili müəllimliyi” ixtisası 1ci kursda “Xarici dilin kommunikativ qrammatikas” fənnindən açıq dərsi olmuşdur. Dərsin mövzusu “İmparfaît de l’indicatif”idi. Tələbələr öyrəndikləri İmparfaît zamanına aid test və tapşırıqlar işlədikdən sonra, dinlədikləri mətndə bu zamana aid felləri tapmaqda fəal iştirak etdilər. Evə verilən qrammatik çalışmalar yoxlanıldıqdan və […]

Davamı

Fakültəmizdə “psixoloji məsləhət xidməti” haqqında tələbələrə məlumat verildi

Filologiya və Xarici Dillər fakültəsində tələbələrin psixoloji rifahının dəstəklənməsi və universitetdə fəaliyyət göstərən Psixoloji Məsləhət Xidmətinin imkanlarının tanıdılması məqsədilə maarifləndirici görüş keçirilmişdir. Görüş Psixologiya kafedrasının müəllimləri Hicran Verdiyeva və Səbinə Şahverdiyeva tərəfindən aparılmış, tələbələrə psixoloji məsləhət xidmətinin fəaliyyət istiqamətləri, müraciət qaydaları və göstərilən dəstək imkanları haqqında ətraflı məlumat verilmişdir. Tədbirdə psixoloji sağlamlığın qorunmasının əhəmiyyəti, stressin […]

Davamı

Azərbaycan dili kafedrasının müəllimi Ayşən Nəbiyevanın “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnindən açıq dərsi keçirilmişdir

1 may 2026-cı il tarixdə Azərbaycan dili kafedrasının müəllimi Ayşən Nəbiyevanın “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnindən “Azərbaycan dilində işgüzar yazışmalarda rəsmi kargüzarlıq üslubu: sosial şəbəkə mətnləri, anons, bildiriş və s.” mövzusunda açıq dərsi olmuşdur. Dərsdə müəllim rəsmi və işgüzar sənədlərin dili, yazışmaların növləri, sənəd formaları, ərizə, əmr, akt, xasiyyətnamə, hesabat, etibarnamə, bildiriş, anons, […]

Davamı