Elan
Heydər Əliyev ili çərçivəsində “Ən yaxşı təqdimat” layihəsi həyata keçiriləcək. Müsabiqə 25 aprel 2023-cü il tarixdə GDU-nun V korpusunda keçiriləcək. Ən yaxşı təqdimata qrup adına pul mükafatı və Fəxri fərman veriləcək.
10.04.2023-cü il tarixdə Universitet Monitorinq qrupunun üzvləri monitorinq qrupunun rəhbəri, dosent Allahverdi Quliyev olmaqla Xarici dillər fakültəsində, həmin tarixin I saatına aid dərslərdə monitorinq aparmışlar. Dərslər dinlənildikdən sonra həmin dərslərin fakültənin dekanlığında müzakirəsi aparılmışdır. Müzakirədə dərsi dinlənilən müəllimlər iştirak etmiş və monitorinq üzvlərinin suallarını və göstərilən iradları cavablandırmışlar.
Tələbələrin asudə vaxtlarının səmərli təşkili ilə əlaqədar 07.04.2023-cü il tarixdə TGT və THT -nın təşkilatçılığı ilə Xarici dillər fakültəsinin bir qrup tələbələri Göygöl rayonu “Tarix və diyarşünaslıq muzeyi” və “Bayraq meydanında” ekskursiyada oldular. Muzeydə nümayiş olunan ibtidai icma quruluşundan müasir dövrədək məişət əşyalarının nümunələri, qədim kurqanlarda aparılan qazıntılar zamanı əldə olunan saxsı qablar, qadın bəzək […]
Bu gün Xarici dil müəllimliyi (Alman IV kurs) ixtisasının tələbəsi Əliyeva Maralın Kərimova Vüsalə Ədalət qızının rəhbərliyi ilə “Bədən üzvləri” mövzusunda 31 saylı tam orta məktəbdə açıq sınaq dərsi keçirildi.
03.04.2023-cü il tarixdə Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Gülnaz Məmmədovanın tədris etdiyi Xarici dilin tədrisi metodikası fənnindən Xarici dil müəllimliyi (İngilis II ) kurs tələbəsi Qasimova Selcan Asəf qızının rəhbərliyi ilə açıq sinaq dərsi keçirildi.
Kafedra – Fransız dili Müəllim – Abbasova Yaqut Fənn – Şifahi anlama Mövzu – “Keçmişdə baş vermiş hadisələri xatırlamaq” İxtisas – Xarici dil müəllimliyi (Fransız dili- III)
Movzu:”Der Frühling ist da” İştirakçılar – Xarici dillər fakultəsinin dekanı dos.Ə.Əsgərov, Alman dili kaf mudiri dos.E.Atakişiyev, b/m V.Kərimova və məktəbin direktoru Abdiyev İftixar, muavin Qurbanov Elçin, alman dili muəllimi Haciyeva Pərvanə istirak etdiler. Təcrubəçi tələbə Əli Namazov
Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Rzayeva Mədinənin Xarici dil bacarıqları fənnindən “Alıcı və satıcı münasibətləri” mövzusunda Xarici dil müəllimliyi (İngilis dili) ixtisası II kurslarda açıq dərsi keçirildi.
30 mart 2023-cü il tarixində Xarici Dillər fakültəsində “31 Mart- Tarixi soyqırım” adlı anım tədbiri keçirildi. Tədbiri giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva açdı. Tədbirdə fakultə dekanı dos. Ə.Əsgərov “Unudulmayan tarix” mövzusunda, Fransız dili müəllimliyi II kurs tələbəsi Aybəniz Verdiyeva “Mart soyqırımının 13 ağsaqqal qurbanı ” mövzusunda çıxış etdilər. “31 Mart […]
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ali təhsil ocağında təsdiq edilən tədbirlər planı və bu istiqamətdə həyata keçirilən mühüm işlərdən danışıb. Universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin böyük ruh yüksəkliyi ilə qoşulduğu aksiyada 100 ədəd şam ağacı tingi əkilib. Yeni əkilən ağac tingləri suvarılıb və […]