Elan

Heydər Əliyev ili çərçivəsində “Ən yaxşı təqdimat” layihəsi həyata keçiriləcək. Müsabiqə 25 aprel 2023-cü il tarixdə GDU-nun V korpusunda keçiriləcək. Ən yaxşı təqdimata qrup adına pul mükafatı və Fəxri fərman veriləcək.

Davamı

monitorinq qrupu xarici dillər fakültəsində

10.04.2023-cü il tarixdə Universitet Monitorinq qrupunun üzvləri monitorinq qrupunun rəhbəri, dosent Allahverdi Quliyev olmaqla Xarici dillər fakültəsində, həmin tarixin I saatına aid dərslərdə monitorinq aparmışlar. Dərslər dinlənildikdən sonra həmin dərslərin fakültənin dekanlığında müzakirəsi aparılmışdır. Müzakirədə dərsi dinlənilən müəllimlər iştirak etmiş və monitorinq üzvlərinin suallarını və göstərilən iradları cavablandırmışlar.

Davamı

tələbələrimiz göygöl rayonunda ekskursiyada

Tələbələrin asudə vaxtlarının səmərli təşkili ilə əlaqədar 07.04.2023-cü il tarixdə TGT və THT -nın təşkilatçılığı ilə Xarici dillər fakültəsinin bir qrup tələbələri Göygöl rayonu “Tarix və diyarşünaslıq muzeyi” və “Bayraq meydanında” ekskursiyada oldular. Muzeydə nümayiş olunan ibtidai icma  quruluşundan  müasir  dövrədək  məişət  əşyalarının  nümunələri, qədim   kurqanlarda aparılan  qazıntılar  zamanı əldə  olunan  saxsı qablar, qadın bəzək  […]

Davamı

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

30 mart 2023-cü il tarixində Xarici Dillər fakültəsində “31 Mart- Tarixi soyqırım” adlı anım tədbiri keçirildi. Tədbiri giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva açdı. Tədbirdə fakultə dekanı dos. Ə.Əsgərov “Unudulmayan tarix” mövzusunda, Fransız dili müəllimliyi II kurs tələbəsi Aybəniz Verdiyeva “Mart soyqırımının 13 ağsaqqal qurbanı ” mövzusunda çıxış etdilər. “31 Mart […]

Davamı

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ali təhsil ocağında təsdiq edilən tədbirlər planı və bu istiqamətdə həyata keçirilən mühüm işlərdən danışıb. Universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin böyük ruh yüksəkliyi ilə qoşulduğu aksiyada 100 ədəd şam ağacı tingi əkilib. Yeni əkilən ağac tingləri suvarılıb və […]

Davamı