Fakültəmizin Yeni Uğuru

       Alman dili kafedrsaının müdiri f.f.d. Elvin Atakişiyevin Alman dili üzrə “Xarici dilin qrammatikası” dərs vəsaiti çapdan çıxmışdır.        Xarici dilin qrammatikası (Alman dili üzrə) Alman dili ixtisasının I kurs tələbələri üçün nəzərdə tutulmuşdur. Təqdim olunan dərs vəsaiti 2018-2019-cu tədris ilində təhsil alan tələbələr üçün çox böyük hədiyyədir. Dərs vəsaitinin Xarici Dillər fakültəsində təqdimatı keçirildi. […]

Davamı

Beynəlxalq Sülh Günü

       21 Sentyabr Birləşmiş Millətlər Təşkilatı tərəfindən Beynəlxalq Sülh Günü elan edilmişdir. Bu gün Xarici Dillər fakültəsinin professor-müəllim heyəti və tələbələr Sülh Gününə həsr olunmuş tədbir keçirdilər.        Tədbirdə Fakültə dekanı Dosent Əjdər Əsgərov və digər müəllimlər çıxış etdilər. Rəmzi olaraq Sülh quşu-göyərçin havaya buraxıldı. Tədbirin devizi “Qarabağda sülh-Dünyaya sülh” olmuşdur.

Davamı

Yeni Dərs İliniz Mübarək!

     Hər il olduğu kimi Gəncə Dövlət Universitetinin rəhbərliyi 1-ci kursa daxil olmuş tələbələrlə 2-ci tədris korpusunun önündə görüş keçirdi. Universitetimizin rektoru prof. Yusif Yusifov 1-ci kursları və onların valideynlərini təbrik etdi, təhsildə uğurlar arzuladı.      Xarici Dillər fakültəsinə daxil olmuş tələbələrlə fakültə rəhbərliyinin görüşü universitetin 5-ci tədris korpusunda keçirildi. Tələbələrə lazım olan bütün məlumatlar […]

Davamı

xarici dillər fakültəsində şifahi imtahanların ikinci günü

08.06.2018-ci il tarixdə Xarici dillər fakültəsində Xarici dil müəllimliyi (ingilis, fransız, alman, rus) ixtisasının II kurs tələbələri “İxtisas dilinin fonetikası” fənnindən və Tərcümə (ingilis) ixtisasının II kurs tələbələri “Sənədləşmə və teminalogiya” fənnindən şifahi imtahanlar verdilər. Şifahi imtahanların gedişinə Universitet və fakültə rəhbərliyi nəzarət etmişdir.                

Davamı

fakültəmizdə şifahi imtahanların birinci günü

07.06.2018-ci il tarixdə Xarici dillər fakültəsində Xarici dil müəllimliyi (ingilis, fransız, alman, rus) ixtisasının I kurs tələbələri “Xarici dilin fonetikası” fənnindən və Tərcümə (ingilis) ixtisasının I kurs tələbələri “Nitq” fənnindən şifahi imtahanlar verdilər. Şifahi imtahanların gedişinə tədris işləri üzrə prorektor, dosent Məmmədov Fəxrəddin Həsən oğlu və  elm və texnika üzrə prorektor tarix elmləri namizədi, dosent Kərimzadə Pərvin Orxan qızı […]

Davamı