Tələbə biletlərinin təqdimatı
5 oktyabr “Müəllim Günü” münasibətilə fakültəmizin I kurs tələbələrinə tələbə biletləri təntənəli surətdə təqdim edildi. Təqdimat mərasimində fakültə rəhbərliyi, kafedra müdirləri və müəllimlər iştirak etdilər.
5 oktyabr “Müəllim Günü” münasibətilə fakültəmizin I kurs tələbələrinə tələbə biletləri təntənəli surətdə təqdim edildi. Təqdimat mərasimində fakültə rəhbərliyi, kafedra müdirləri və müəllimlər iştirak etdilər.
4 oktyabr 2018-ci il tarixində Müəllim Günü münasibətilə Xarici Dillər fakültəsində təntənəli tədbir keçirildi. Tədbirdə Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva, fakültə dekanı dosent Əjdər Əsgərov, fakültənin professor-müəllim heyəti, tələbələr iştirak edirdilər. Tədbirdə Gülsüm Fətəliyeva və Əjdər Əsgərov çıxış edərək tədbir iştirakçılarını 5 Oktyabr Müəllim Günü münasibətilə təbrik etdilər. Tədbir tələbələrin bədii çıxışları ilə davam […]
Alman dili kafedrsaının müdiri f.f.d. Elvin Atakişiyevin Alman dili üzrə “Xarici dilin qrammatikası” dərs vəsaiti çapdan çıxmışdır. Xarici dilin qrammatikası (Alman dili üzrə) Alman dili ixtisasının I kurs tələbələri üçün nəzərdə tutulmuşdur. Təqdim olunan dərs vəsaiti 2018-2019-cu tədris ilində təhsil alan tələbələr üçün çox böyük hədiyyədir. Dərs vəsaitinin Xarici Dillər fakültəsində təqdimatı keçirildi. […]
21 Sentyabr Birləşmiş Millətlər Təşkilatı tərəfindən Beynəlxalq Sülh Günü elan edilmişdir. Bu gün Xarici Dillər fakültəsinin professor-müəllim heyəti və tələbələr Sülh Gününə həsr olunmuş tədbir keçirdilər. Tədbirdə Fakültə dekanı Dosent Əjdər Əsgərov və digər müəllimlər çıxış etdilər. Rəmzi olaraq Sülh quşu-göyərçin havaya buraxıldı. Tədbirin devizi “Qarabağda sülh-Dünyaya sülh” olmuşdur.
Hər il olduğu kimi Gəncə Dövlət Universitetinin rəhbərliyi 1-ci kursa daxil olmuş tələbələrlə 2-ci tədris korpusunun önündə görüş keçirdi. Universitetimizin rektoru prof. Yusif Yusifov 1-ci kursları və onların valideynlərini təbrik etdi, təhsildə uğurlar arzuladı. Xarici Dillər fakültəsinə daxil olmuş tələbələrlə fakültə rəhbərliyinin görüşü universitetin 5-ci tədris korpusunda keçirildi. Tələbələrə lazım olan bütün məlumatlar […]
Ölkəmizin tanınmış dilçi alimi, professor Fəxrəddin Veysəlov Xarici dillər fakültəsinin professor-müəllim heyyəti üçün “Tədrisin keyfiyyətinin daha da yüksəldilməsi” mövzusunda təşkil edilmiş seminarda geniş çıxış etmiş və çoxsaylı suallara ətraflı cavab vermişdir.
27.06.2018-ci il tarixdə Xarici dillər fakültəsində Azərbaycan Dillər Universitetinin professoru Fəxrəddin Veysəlovun sədirliyi ilə fakültə üzrə Buraxılış işlərinin müdafiəsinin birinci günü keçirilmişdir.
Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dosent Mehdi Rəhimovun “Интеркультура и заимствования в развитии языка” adlı məqaləsi Tatarıstanda (Rusiya Federasiyası) “КАЗАНСКАЯ НАУКА” jurnalının V sayında çap edilmişdir.
Xarici dillər fakültəsində Humanitar məsələlər üzrə prorektor dosent Fətəliyeva Gülsüm İsa qızının iştirakı ilə Milli qurtuluş günü təntənəli şəkildə qeyd olundu.