Ədilov Rasim Əli oğlu
Ədilov Rasim Əli oğlu
GDU-nun “Qrammatika və ingilis dilinin tədrisi” kafedrasının dosenti.
- QISA BİBLİOQRAFİK MƏLUMAT
- 1944-cü ildə Tovuz rayonunun İbrahim Hacılı kəndində anadan olmuşdur.
- 1951-1961-cü illərdə Gəncə şəhəri 1 saylı orta məktəbdə təhsil almış və həmin məktəbi bitirmişdir.
- Ailəlidir, beş övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADI
- !962-ci ildən 1967-ci ilə kimi M. F. Axundov adına Xarici Dillər İnstitunun Avropa dilləri fakültəsinin ingilis-Azərbaycan dili şöbəsində tələbə olmuşdur.
- 1967-ci ildən, 1970-ci illərdə Kirovabad (indiki Gəncə) Dövlət Pedaqoji İnstitunun Xarici dillər kafedrasında müəllim vəzifəsində çalışmışdır.
- ƏMƏK FƏALİYYƏT
- 1970-1973-cü illərdə Misir Ərəb Respublikasında keçmiş SSRİ-səfirliyində tərcüməçi işləmişdir.
- 1873-cü ildən 1979-cu ilə qədər H. Z. adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda Xarici dillər kafedrasında müəllim vəzifəsində işləmişdir.
- 1979-cu ildən 1989-cu ilə kimi həmin İnstitutun Azərbaycan dilinin tədrisi və metodikası kafedrasında baş müəllim, sonralar filol. Elm. Nam. Dosent vəzifəsində çalışmışdır.
- 1998-cİ ildən, 2006-cı ilə kimi Gəncə Dövlət Universitetinin “Xarici dillər” fakültəsinin şöbə müdiri eyni zamanda ingilis dilinin qrammatikası kafedrasının müdiri vəzifələrini yerinə yetirmişəm.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 2000-2001-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə Londonda elmi ezamiyyədə olmuş və Dilçiliyin müasir problemlər mövzusunda məruzəsi olmuşdur.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
* Azərbaycan dilinin rəsmi üslubu, Az. E. A., nəşriyyatı, B., 1990. (dərslik) 15-25 çv.
* Azərbaycan dilinin qrammatikası, Az. EA., nəşriyyatı 1996 B.8, 14 çv
*Funksional üslublarda daxili əlaqələr, Azərb. E. A., nəşriyyatı, B., 1992, 65 çv
* İngilis dilçiliyinə giriş (ingilis dilində), Azərb. E.A., nəşriyyatı, B.,2002, 18 çv.
* Tərcümə nəzəriyyəsi(ingilis dilində), Gəncə, Nicat nəş., 2002, 14 çv
* İngilis dilçiliyinə giriş (ingilis dilində), Nurlan nəş. B. 2003, 19,5 çv
* Mətn daxilində frazeoloji birləşmələrin tərcüməsi GDU, Elmi əsərlər məcmuəsi-VI Bakı, 2003, 2.0 səh.
* Amerikanlar ingilis dilindəmi danışır? GDU, Elmi əsərlər məcmuəsi-VIII Bakı, 2004,2.0 səh.
* U.S. Moyemin “Ay və qara şahı” romanında ailə münasibətləri ADU, Elmi xəbərlər, Bakı 2004/5,5.0 səh.
* U.S.Moyemin “Çəkilmiş pərdə” romanında ailə münasibətlərinin təsdiqi ADU, Elmi xəbərlər,
Bakı № 3, 2005,3.0 səh.
* Uilyam Somerseti Moyem və Azərbaycan GDU, Elmi xəbərlər, “Nurlan” № 1, 2007,5.0 səh.
* Müasir ingilis dilində mürəkkəb sifətlər GDU, Elmi Xəbərlər, Gəncə № 1, 2009,3.0 səh
* İngilis dilinin tədrisinin nəzəri və praktik problemləri GDU, Elmi Xəbərlər, Gəncə № 2, 2010,6.0 səh.
* U.S.Moyem və İ.Əfəndiyevin romanında qadın obrazlarının mənəvi-əxlaqi dünyası“Ədəbi əlaqələr” V toplu, Bakı, Qartal 2011
KİTABLAR
Metodiki tövsiyyələr
- 6 yaşdan təlimə başlayan siniflərdə nitq inkişafı, AETPEİ, Bakı, 1986
- Bədii materiallar əsasında dilin təsvir vasitələri üzərində işin təşkili, AETPEİ, Bakı, 1986
- Rəsmi üslubun funksional üslublar arasında yeri və onun mənimsənilməsi üsulu, AETPEİ, Bakı, 1989
Tədris proqramları
- İngilis dilinin praktik qrammatikası, Gəncə, Nicat nəşr. 1999
- İngilis dilinin üslubiyyatı, Gəncə, Nicat nəşr. 2000
- İxtisası dil olmayan fakültələrdə ingilis dili, Gəncə, Nicat nəşr. 2001
- İngilis dilinin qrammatikası, Gəncə, Nurlan nəşr. 2001
- İngilis dilinin nəzəri qrammatikası, (sintaksis), Bakı, Nurlan nəşr. 2002
- İngilis dilinin Nitq praktikası, Bakı, Nurlan nəşr. 2004