Qəhrəmanova Zülfiyyə Sabir
Qəhrəmanova Zülfiyyə Sabir -qızı baş müəllim
Gəncə Dövlət Universitetinin “Qrammatika və ingilis dilinin tədrisi “ kafedrasının baş müəllimi
Qısa Bioqrafik məlumat:
* 1967-ci il 4 iyunda Gəncə şəhərində anadan olmuşdur
*1973-1983-cü illərdə Gəncə şəhər 22 saylı orta məktəbdə təhsil almış və həmin məktəbi bitirmişdir.
*Ailəlidir, iki övladı var.
Təhsili, elmi dərəcəsi və elmi adı:
*1983-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun “ingilis-alman dilləri” istiqaməti üzrə müəllim ixtisası almışdır.
*2005-ci ildən Azərbaycan Dillər Universitetinin dissertantıdır. “Somerset Moyemin nəsrində qadın qəhrəmanlarının mənəvi problemləri” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir
Əmək fəaliyyəti:
*1988-cü ildə Xanlar rayony 1 saylı orta məktəbdə müəllim
*1994-cü ildən Gəncə şəhər 28 saylı orta məktəbdə müəllim vəzifəsində çalışmışdır
*2002-ci ildən Gəncə Dövlət Universitetində “Qrammatika və ingilis dilinin tədrisı“ kafedrasının baş müəllimi vəzifəsində işləyir
*2007-2013-cü ilədək “Qrammatika və ingilis dilinin tədrisi “ kafedrasının müdiri vəzifəsini icra etmişdir.
Tədqiqat sahəsi:
*“Somerset Moyemin nəsrində qadın qəhrəmanlarının mənəvi problemləri”
Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı:
*Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə , 4-7 may 2011-ci il tarixlərində II Beynəlxalq elmi konfransda ” U.S.Moyem və İ.Əfəndiyevin romanında qadın obrazlarının mənəvi-əxlaqi dünyası” mövzusunda məqalə ilə iştirak edib.
Seçilmiş əsərləri:
*1.Mətn daxilində frazeoloji birləşmələrin tərcüməsi- GDU, Elmi əsərlər məcmuəsi-VI Bakı, 2003
*2.Amerikanlar ingilis dilindəmi danışır- GDU, Elmi əsərlər məcmuəsi-VIII Bakı,2004
*3.U.S. Moyemin “Ay və qara şahı” romanında ailə münasibətləri- ADU, Elmi xəbərlər, Bakı, 2004/5
*4. U.S.Moyemin “Çəkilmiş pərdə” romanında ailə münasibətlərinin təsviri- ADU, Elmi xəbərlər,Bakı № 3, 2005
*5. Uilyam Somerset Moyem və Azərbaycan- GDU, Elmi xəbərlər, “Nurlan” № 1, 2007
*6. İngilis dilinin tədrisi metodikası, Fənn proqramı, Bakı, “Təhsil” nəşriyyatı , 2008
*7. Dilçiliyə giriş ,Fənn proqramı, Bakı, “Təhsil” nəşriyyatı , 2008
*8. Müasir ingilis dilində mürəkkəb sifətlər ,GDU, Elmi Xəbərlər, Gəncə, № 1, 2009
*9. İngilis dilinin tədrisinin praktik problemləri, GDU, Elmi Xəbərlər, Gəncə, № 2, 2010
*10. U.S.Moyem və İ.Əfəndiyevin romanında qadın obrazlarının mənəvi-əxlaqi dünyası, II Beynəlxalq elmi konfransın materialları, II hissə,4-7 may 2011-ci il
*11. Qadının ailədə və sosial mühitdə yeri (ingilis və azərbaycan nəsrinin materialları əsasında),“Müasir mədəniyyətsünaslıq” Bakı, № 4, 2012
*12. Müasir ingilis dilində intonasiya və tonları necə tədris etməli?, GDU, Elmi Xəbərlər, Gəncə, № 2, 2015
*13.Xarici dilin tədrisində innovasiyalar , Fənn proqramı, Gəncə , 2015
*14. Müasir ingilis dilində söz yaradıcılığı, Fənn proqramı, Gəncə , 2015
Kitablar:
*“Xarici dilin tədrisində innovasiyalar” adlı dərslik üzərində işləyir.