Robert Börnün yaradıcılıq gecəsi

13 may 2019-cu il tarixdə Xarici dillər fakültəsində Humanitar məsələlər üzrə dekan müavini baş müəllim Qasımova Samirənin rəhbərliyi altında,  tanınmış  İngilis şairi Robert Börnün yaradıcılıq gecəsi keçirildi.  Yaradıcılıq gecəsində I kurs tələbələri şairin şerlərini və şerlərinə yazılmış mahnılarını ifa etdilər. Gecədə tələbələrdən Qurbanova Məleykə, Qurbanova Dilarə, Əliyeva Dilbər, Piriyeva Jalə, Məmmədzadə Nərmin, sayadova Dilbər, Ələkbərova Gülzar, Tagıyeva Nigar fəal iştirak etdilər.

Yaradıcılıq gecəsində   fakültənin professor -müəllim heyəti iştirak etdilər və gecə ilə baglı ürək sozlərini dedilər. Yekunda fakültə dekanı dosent Əjdər Əsgərov tələbə-müəllim heyətinə öz minnətdarlıgını bildirdi.