Təbriklər!!!

Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasının akt zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “İlham Əliyev və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilib. Konfransda Gəncə Dövlət Universitetinin, Xarici dillər fakultəsinin ingilis dili müəllimliyi ixtisasının 1-ci kurs tələbəsi Məmmədzadə Nərmin Natiq qızı, (elmi rəhbər.dos.S.A.Kazımova), II kurs- Xəlilova Günel İlqar qızı, (elmi rəhbər, dos.S.A.Kazımova), II kurs- Hüseynova Xavər Rəsul qızı, (elmi rəhbər, b/m.İsmayılova G.N.), II kurs-Xudiyeva Cəlalə Nazim qızı (elmi rəhbər, b/m.İsmayılova G.N.) ADAU-da təşkil olunan 4 xarici dildə ümumşəhər elmi-nəzəri konfransının plenar iclasında çıxış edən tələbələrimiz hədiyyə və sertifikatlarla təltif olunmuşlar.