Praktik Xarici Dillər kafedrasının üçüncü iclası keçirildi

  17.10.2025-ci ildə Praktik Xarici Dillər kafedrasının üçüncü iclası keçirildi. İclasda kafedra üzvləri iştirak etdilər.

    GÜNDƏLİK MƏSƏLƏ: 

  1. Özünü təhlil hesabatının 3.9.1 bəndinə cavab üçün təhsil proqramının dövri qiymətləndirməsinə dair hesabat.

   İclasın sədri kafedra müdiri, dos. Əliyeva Zahirə çıxışında qeyd etdi ki, gündəliyimizin birinci məsələsi Özünü təhlil hesabatının 3.9.1 bəndinə cavab üçün təhsil proqramının dövri qiymətləndirməsinə dair hesabatın müzakirəsidir. Daha sonra bildirdi ki, kafedranın bu hesabatda yer alan fəaliyyət göstəriciləri üzrə mövcud vəziyyətin düzgün və obyektiv qiymətləndirilməsi vacib hesab olunur. O, həmçinin vurğuladı ki, bu müzakirələr nəticəsində formalaşacaq təkliflər universitet rəhbərliyinə təqdim ediləcək və ümumi keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə töhfə verəcəkdir.

Dosent Məhərrəmova Suqurə İbrahim q: Bu məsələ ilə bağlı çıxış edərək hesabatın struktur bölmələri üzrə kafedranı əhatə edən əsas hissələri təqdim etdi və daha çox aşağıdakı istiqamətlərdə təhlil aparıldığını bildirdi.

Kafedranın kadr potensialı – hesabat ilində kafedrada çalışan müəllim heyətinin statistik göstəriciləri və elmi dərəcəli əməkdaşların faizi müsbət dinamika nümayiş etdirir.

Tədris planları və kurikulumlar – fənn proqramlarının müasir tələblərə uyğunlaşdırılması, modulların tənzimlənməsi və əmək bazarının tələbləri nəzərə alınmaqla yenilənməsi çox müsbət haldır.

Maddi-texniki baza – kafedrada dəfələrlə dərsliklər, avadanlıqlar və laborator mühitin təhlili aparılmışdır, hesab edirəm ki, bu sahədə də müsbət dinamika vardır.

Elmi-tədqiqat fəaliyyəti – müəllim heyətinin beynəlxalq indeksli elmi jurnallarda nəşrləri, layihələrdə iştirakı və tələbələrlə aparılan elmi işlərin təşkili, bir sözlə  bu sahədə aparılan işlər gücləndirilməlidir.

O, qeyd etdi ki, hesabat obyektiv şəkildə tərtib olunub və kafedranın son illərdə keçdiyi inkişaf yolunu əhatə edir.

F.f.dok. Rüstəmova İlhamə Saleh q: Çıxış edərək bildirdi ki, hesabatda yer alan elmi-tədqiqat fəaliyyəti göstəriciləri də diqqətə layiqdir. Bildirdi ki, kafedrada kifayət qədər samballı dərs vəsaitləri çap olunub. Əksər hissəsi respublikanın tanınmış kitabxanalarına, o cümlədən Prezident kitabxanasına yerləşdirilib. Professor-müəllim heyətinin elmi nəşrlərinin sayı artıb, bütün fənn proqramları müasir şəkildə yenilənib, lakin beynəlxalq bazalarda indeksləşən jurnallarda dərc olunan məqalələrin sayını artırmaq üçün sistemli dəstəyə ehtiyac vardır.  O, həmçinin vurğuladı ki, tələbələrin elmi fəaliyyətə daha geniş cəlb olunması üçün elmi seminarların və layihə əsaslı dərslərin təşkili artırılmalıdır.

F.f.dok. Həsənova Türkan İlqar qızı: çıxış edərək bildirdi ki, kafedrada son illərdə tətbiq edilən interaktiv təlim metodları, o cümlədən rəqəmsal resurslardan istifadə sahəsində irəliləyişləri müsbət qiymətləndirirəm. Özünütəhlil hesabatında tələbə məmnuniyyəti, təlim keyfiyyəti və müəllimlərin pedaqoji bacarıqlarının artırılması, eləcə də digər sahələrlə bağlı verilən məlumatların tam reallığı əks etdirdiyini bildirirəm.

Kafedra üzvləri  Özünü təhlil hesabatının 3.9.1 bəndinə cavab üçün təhsil proqramının dövri qiymətləndirməsinə dair hesabatın müzakirəsini səsə qoydular və yekdilliklə qəbul etdilər.