“Artiklın işlədilməməsi” mövzusunda açıq dərs keçirildi

Fransız dili kafedrasının baş müəllimi Zemfira Hüseynovanın 23.05.2025-ci il tarixində ingilis dili müəllimliyi ixtisası 11 kursunda “Xarici dildə işgüzar və akademik kommunikasiya” (fransız dili) fənnindən açıq dərsi oldu. Açıq dərsdə dos.Ə.Əsgərov, b./m.M.Aslanova,p.f.d. A.Babayeva və dos.at.-sız M.Orucov, b./m. A.Həmidov, b./m.G.Huseynova iştirak ediblər.

Açıq dərsin mövzusu “Artiklın işlədilməməsi” idi. Dərsi frontal sorğu ilə başladıqdan sonra “Tərzi hərəkət zərflərinin cümlədə yeri” adlanan keçmiş dərs materiallarının tələbələr tərəfindən nə dərəcədə mənimsənilməsi test kartoçkaları ilə yoxlandı. Lövhədə yazılı və şifahi sorğudan sonra 5 nəfər tələbənin hazırladığı təqdimatları izlənildi. İlk 45dəqiqə qiymətləndirmə ilə bitirdikdən sonra növbəti 45dəqiqə yeni dərsin mövzusunu ingilis və fransız dilləri ilə müqayisədə izah edildi. Yeni dərsin nə dərəcədə başa düşüldüyü isə test çalışmaları ilə yoxlanıldı.