Praktik Xarici Dillər Kafedrasının baş müəllimi Bəşirova Aynur Hilal qızı tərəfindən “Xarici dili öyrənmədə uğurun açarı: düzgün yanaşma və davamlılıq” mövzusunda təlim keçirildi

22 may 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin akademik heyəti üçün dörd moduldan ibarət olan “Xarici dili öyrənmədə uğurun açarı: düzgün yanaşma və davamlılıq adlı təlim proqramının Doğru resurs seçimi və təcrübə” adlı dördüncü modulunun təqdimatı Praktik Xarici Dillər Kafedrasının baş müəllimi Bəşirova Aynur Hilal qızı tərəfindən keçirildi.

Modula daxil olan mövzular:

  1. Dil öyrənmə tətbiqləri və platformaları (Quizlet, Kahoot, Dualingo)
  2. Dinləmə üçün videolar və podkastlardan istifadə
  3. Rəqəmsal fləşkartlar və vizual vasitələrin yaradılması
  4. Səviyyəyə uyğun resurs seçimi (A1-C2)

Təlimin məqsədi

Xarici dil öyrənmək üçün doğru resursların seçilməsi və praktiki təcrübə yolu ilə öyrənmənin effektivləşdirilməsi.

Təlim metodologiyası

İnteraktiv müzakirələr, diskussiyalar, debatlar, rollu və işgüzar oyunlar, simulyasiylar, audio-video tapşırıqlar, beyin həmləsi, hekayə danışma ,filmlərin izlənilməsi, KWL(BIBO),  intervyu (müsahibə) və s.

Təlim saat 12:30-13:30 zaman aralığında əyani formada, V tədris binasının kitabxanasında təşkil olunmuşdur. Onlayn dil öyrənmə platformaları, virtual ünsiyyət tətbiqləri və interaktiv tədris vasitələri tədris prosesinə daxil edilməli, dil öyrənənlər öyrəndikləri dili praktik şəkildə istifadə etməyə təşviq edilməlidir. Dili gündəlik həyatımıza inteqrasiya etməklə öyrətmə və öyrənmə prosesini daha effektiv, əyləncəli, əhatəli və maraqlı təşkil etmək olar. Dil tədrisinin effektivliyini artırmaq üçün müasir metodlardan istifadə etmək danışıq və dinləmə bacarıqlarını sürətlə inkişaf etdirir. Müasir dövrdə xarici dil bilik və bacarıqlarının formalaşdırılması üçün imkanlar tükənməzdir və bütün metodları birləşdirərək mükəmməl tədris aparmaq mümkündür. Düzgün metodlar, davamlı təcrübə, müxtəlif dil proqramları və platformalar dil öyrənənlərin yazı, oxu, dinləmə və danışma kimi bacarıqlarının inkişaf etdirilməsində öz müsbət rolunu göstərir.

Təlim sonunda iştirakçıların sualları cavablandırıldı və iştirakçılar təlim haqqında fikirlərini bölüşdülər.