“Akademik və Peşəkar İngilis dili Bacarıqlarının İnkişafı” adlı təlim

01 may 2025-ci il tarixində Gəncə Dövlət Universitetində akademik heyəti üçün nəzərdə tutulmuş “Akademik və Peşəkar İngilis Dili Bacarıqlarının İnkişafı” adlı beş modullu təlim proqramının ilk mərhələsinə start verildi. Proqramın ilk modulu – “Ünsiyyət üçün Əsas Qrammatika və Lüğət” – ped.f.d. Arzu Babayeva tərəfindən təqdim olundu.

Təlimin əsas istiqamətləri:

İngilis dilində özünü və fəaliyyət sahəsini təqdim etmə

İndiki və keçmiş zaman formaları, modal fellər kimi əsas qrammatik strukturlar

Universitet mühitinə uyğun lüğət bazasının formalaşdırılması

Danışıq və yazı bacarıqlarının inkişafına yönəlik praktiki tapşırıqlar

İşgüzar və nəzakətli ünsiyyət formalarının mənimsənilməsi

Təlim saat 12:00–13:00 aralığında əyani formatda, V tədris binasında təşkil olunmuşdur. İştirakçılar interaktiv fəaliyyətlər və real ssenarilər üzərində işləməklə, həm nəzəri biliklərini, həm də ünsiyyət bacarıqlarını təkmilləşdirmək imkanı əldə etdilər.

🔹 Növbəti modullar may ayı ərzində hər həftə davam edəcək və dinləmə, danışıq, yazı, akademik müzakirə və rəsmi ünsiyyət kimi sahələri əhatə edəcəkdir.

Bu təşəbbüs Gəncə Dövlət Universitetində akademik heyətin dil kompetensiyalarının artırılmasına yönəlmiş davamlı inkişaf strategiyasının bir hissəsidir.                      
        Təlim zamanı gündəlik və akademik ingilis dili bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı ətraflı məlumat verildi. Mövzu ətrafında geniş müzakirələr aparıldı və müxtəlif yanaşmalar təhlil olundu.
    Təlimin sonunda iştirakçıların sualları cavablandırıldı və onların maraqlandıqları məsələlərə aydınlıq gətirildi.