
Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsin Qrammatika və ingilis dilinin tədrisi kaferası tərəfindən 01 – 31 may 2025-ci il tarixləri arasında, hər cümə axşamı günü olmaqla, “Akademik və Peşəkar İngilis Dili Bacarıqlarının İnkişafı” mövzusunda təlim təşkil olunacaq. Təlimin məqsədi müəllim heyətinin akademik və peşəkar ingilis dili biliklərinin artırılması, ünsiyyət və təqdimat bacarıqlarının təkmilləşdirilməsidir. Təlimlər kafedranın ixtisaslı müəllimləri A.Babayeva,T.Cəlilova və G.Sadıqova tərəfindən aparılacaq.