“Gələcək bizi təəccübləndirəcək” mövzusunda açıq dərs

Leksika və ölkəşünaslıq kafedrasının müəllimi Süsanə Məmmədovanın Xarici dil bacarıqları fənnindən xarici dil müəllimliyi (İngilis II) ixtisasında“Gələcək bizi təəccübləndirəcək” mövzusunda açıq dərsim keçirilmişdir. Dərsdə gələcəkdə texnologiya, tibb sahələrində olacaq yeniliklərdən, 2030-cu illərin sonunda kosmik turizmin mümkün olacağı və robotların insanlardan daha bacarıqlı və ağıllı olacağından söhbət açılmışdır. Həmçinin, son dövrlərdə ölkəmizdə və bütün dünyada istifadə olunan Suni intellektdən və onun istifadə olunduğu sahələrdən geniş şəkildə bəhs olunmuşdur. Dərsdə bütün tələbələr fəal iştirak etmiş və verilən tapşırıqları yerinə yetirmişdir.