Universitetin monitorinq qrupu xarici dillər fakültəsində

Bu gün universitetimizdə təhsilin keyfiyyətinin artırılması məqsədi ilə monitorinq keçirildi. 

Universitet üzrə yaradılmış monitorinq qrupu dos.Allahverdi Quliyevin sədrliyi ilə Xarici dillər fakültəsində dərslərdə iştirak etdi.

Monitorinq üzvləri mühazirə, seminar, praktik məşğələ, laboratoriya dərslərində fənn proqramları, fənnin sillabusları, mühazirə və praktik məşğələlərin mövzularını və jurnalları yoxladılar.

Monitorinqin nəticələri müzakirə edildi və bəzi tövsiyələr verildi.