DAAD (ALMAN AKADEMİK MÜBADİLƏ XİDMƏTİ) – NİN YENİ LEKTORU fakültəmizin tələbələri ilə görüş keçirdi

DAAD (Alman Akademik Mübadilə Xidməti) tələbə və elm işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər Almaniya dövləti tərəfindən tam mailiyyələşdirilir. Təşkilat demək olar, dünyanın bir çox ölkələrində məlumat mərkəzləri ilə təmsil olunur. DAAD (Alman Akademik Mübadilə Xidməti) Azərbaycanın və Almaniyanın bütün ali təhsil müəssisələri arasında körpü rolunu oynayır. DAAD (Alman Akademik Mübadilə Xidməti) hər il alman dili üzrə təhsil alan tələbələrin həm dünyagörüşünü, həm də dil biliklərini artırmaq məqsədi ilə, müntəzəm olaraq, yay məktəbləri və müəllimlər üçün ixtisasartırma seminarları təşkil edir.  Xarici dillər fakültəsinin dekanı dos.Ə.Əsgərov, Alman dili kafedrasının müdiri dos. E.Atakişiyev, kafedranın baş müəllimi V.Kərimova, müəl.Yusifli Arzu və digər müəllimlər də yeni layihənin təqdimatında iştirak etmişlər.