Universitetimizin monitorinq qrupu xarici dillər fakültəsində

Universitetimizdə 10 ildən artıqdır ki, monitorinq qrupu uğurla fəaliyyət göstərir. 27.10.2023-cü il tarixdə  monitorinq qrupu, qrupun sədri dos. Allahverdi Quliyevin rəhbərliyi ilə  Xarici dillər fakültəsində yoxlama keçirdi. Monitorinq qrupu fakültədə dərslərin texniki vasitələrlə aparılmasına, tələbələrin fəallığına və davamiyyətinə nəzarət etmişdir. Monitorinq üzvləri mühazirə, seminar, praktik məşğələ, fənn proqramları, fənnin sillabusları və mövzuların uyğunluğunu yoxladılar. Monitorinqin nəticəsinə uyğun olaraq fakültədə dərslərin gedişatı ilə bağlı müzakirə aparılmış və nəticə qənaətbəxş hesab edilmişdir.