“Conversation club” fəaliyyətə başladı

Hər il olduğu kimi bu dərs ilində də fakültəmizdə Humanitar məsələlər üzrə dekan müavini Arzu Babayevanın və fakültə fəallarının təşkilatçlığı ilə “Conversation club” təşkil olundu. İlk görüş 30 sentyabr tarixində baş tutdu. Universitetimizə dəvət olunmuş əcnəbi müəllim Andrew Tartakosky seçilmiş mövzu ilə bağlı təqdimat etdi , müxtəlif müzakirələrə qoşulan tələbələr dil bacarıqlarını inkişaf etdirdilər. Diskussiya və dialoq şəkilində keçən görüş tələbələr tərəfindən böyük maraqla qarşılandı.

Qeyd edək ki, klub hər həftənin bazar günü saat 14:00 – 15:00-da keçiriləcək. Fakültəmizin tələbələri kluba könüllü qoşula bilərlər.