Tələbələrimiz təbiətin qoynunda

Tələbə Həmkarlar Təşkilatı tərəfindən Xarici dillər fakültəsinin tələbələrinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə gəzinti təşkil olunmuşdur. Tələbələrimiz “Heydər Əliyev” parkının meşəliyində toplanmış, müxtəlif əyləncəli oyunlar oynamışdılar. Belə görüşlər tələbələr arasında əməkdaşlığın, fikir mübadiləsinin genişlənməsində mühüm rol oynayır.