açıq dərs
18.05.2017-ci il tarixdə Fransız dili kafedrasının müəllimi Əliyeva Aygün İlham qızının Xarici dildə oxu və nitq fənnindən I kurslarda “Fransız qastranomiyası. Yeməklər və içkilər” mövzusunda acıq dərsi keçirildi
Gəncə Dövlət Universiteti, Xarici dillər fakultəsi, İngilis dili müəllimliyi ixtisasının 3 cü kurs tələbəsi Leyla İsmayılova 05.05.2017 tarixində Bakı Mühəndislik Universitetinde keçirilən Beynəlxalq Elmi Konfransda “The Problems of Translation of English Phraseology” və “ The ways of Translating Phraseological Units Idioms and proverbs” mövzularında çıxış etmiş və sertifikat almışdır.
16.05.2017-ci il tarixdə Leksika və olkəşünaslıq kafedrasının baş müəllimi Əliyeva Günel Mübariz qızının III kurs İngilis dili müəllimliyi ixtisasında Xarici dildə oxu və nitq fənnindən “Eyvanlar əyləncə üçün istifadə edilməlidirmi?” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə: -Fakültə dekanı dos.Ə.Əsgərov, kafedra müdiri dos.S.Kazımova, dos.A.Həmidov və kafedranın digər əməkdaşları iştirak etmişdir.
“Qrammatika və ingilis dilinin tədrisi ” kafedrasının müdiri dosent Mehdi Rəhimovun “Amerikanizm frazeologizmlərdə yad obrazı” adlı məqaləsi Avstriyanın “European Journal of Humanities and Social Sciences” elmi məcmuəsində capdan çıxıb.
Bu gün fakültə dekanı və bir qrup ixtisas müəllimləri Fransız dili müəllimliyi ixtisasının IV kurs tələbələri ilə görüş keçirdi. Görüşdə tələbələri maraqlandıran məsələlərə aydınlıq gətirildi. Dövlət imtahanına aid suallar daha çox verildi.
Xarici dllər fakültəsinin tələbələri İslam Həmrəyliyi Oyunlarına həsr edilmiş Fləşmobda