“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə

  Gəncə Dövlət Universitetinin beşinci tədris korpusunun “Yunis Əmrə” adına mühazirə otağında tələbələrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional mərkəzinin  əməkdaşları tərəfindən  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

    Təqdimatda GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva  qonaqları salamlayaraq bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

        Daha sonra  Fövqəladə  Hallar Nazirliyinin Gəncə Regional mərkəzinin  baş məsləhətçisi Mikayıl Eminbəyli  mövzu ətrafında  çıxış edərək bildirib ki, bu  tədbirin əsas məqsədi tələbələrin  diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltməkdir. Baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı izah etməkdir.

    Fövqəladə  Hallar Nazirliyinin Gəncə Regional mərkəzinin  baş məsləhətçisi Leyli Abbasova, Mərkəzin  baş zabiti, daxili xidmət kapitanı Səhnə Məmmədova eləcə də baş məsləhətçi Emil Aslanov çıxışlarında tələbələrə  ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə də ətraflı məlumat veriblər. İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları da əyani şəkildə nümayiş etdirilib.

      Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.