növbəti elmi şura
Xarici dillər fakültəsində növbəti Elmi Şura keçirildi.
Seminar müəllimlərin müxtəlif qrantlı layihələrində iştirakı yollarını tapmaq üçün təşkil edilmişdir. Seminarda İnnovasiyalar departamentinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və Transfer texnologiyaları və marketinq şöbəsinin müdiri Razim Əliyev məruzələrlə çıxış etmişlər. Qərara alındı ki, belə seminarlar vaxtaşırı keçirilsin. Rus dili kafedrasının dosenti Kübra Ələkbərova və Humanitar məsələlər üzrə dekan müavini b/m Samirə Qasımova fakültə […]
Xarici dillər fakültəsi Alman dili kafedrasının müdiri f.f.d Atakişiyev Elvin Mübariz oğlu əməkdə və ictimai işlərdə əldə etdiyi xüsusi nailiyyətlərə görə Azərbaycan Azad Həmkarlar İttifaqı Komitəsinin “Fəxri fərman”ı ilə təltif edilmişdir. “Fəxri fərmanı” Elvin müəllimə Komitənin cədri Səttar Mehbalıyev şəxsən təqdim etmişdir. Fakültəmizin bütün kollektivi Elvin müəllimi bu uğuru münasibətilə təbrik edirlər
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tartixinə qanlı 20 yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
Xarici dillər fakültəsinin tələbələri 2017/2018 tədris ilinin payız (qış) imtahan sessiyasında imtahanları yazılı, şifahi və test formasında verirlər. 4 yanvar 2018-ci il tarixində tələbələrimiz fonetika fənnindən şifahi imtahan verdilər. İmtahanlara İnavasiyalar üzrə prorektor millət vəkili Pərvin Kərimzadə nəzarət edirdi, Fakültənin qrupları arasında ən yüksək göstəriciyə Xarici dil müəllimliyi (İngilis- rus bölməsi) II kurs tələbələri nail oldular. […]
Süleymanova Ruzanə Nemət qızı 2010-cu ildə Xarici dillər fakültəsinin bokalavriat şöbəsini , 2014-cü ildə magistratura şöbəsini bitirib. 2014-cü ildən indiyədək Azərbaycan Dövlət Aqrar Universitetinin Dillər kafedrasında İngilis dili müəllimi vəzifəsində çalişır.
2017-ci ilin oktyabrında Fransada nəşr olunmuş Aşıq və traubaturlar, musiqi poyeziya sənətinin perspektivləri kitabında Gəncə Dövlət Universitetinin müəllimi, Fransız dili kafedrasının müdiri Məhərrəm Alı oğlu Orucovun “Azərbaycanda aşıq sənəti Saz musiqi alətidir” adlı məqaləsi çap olunmuşdur.