açıq dərs
Kafedra:-Leksika və ölkəşünaslıq İxtisas:-Tərcümə-I kurs Mövzu:-Mobil telefonlar- “Zəngi bağla yaxud danışığa davam et” Müəllim:- Zeynalova Türkan
Hacıyeva Elnurə Rizvan qızı 2020-ci ildə Gəncə Dövlət Universitetinin Alman dili müəllimliyi ixtisasını bitirmişdir. 2020-ci ildə Gəncə Dövlət Universitetinin Magistratura fakültəsinin “Pedaqoqika tarix və nəzəriyyə” ixtisasına qəbul olmuşdur. Hal-hazırda II kurs Magistraturada oxuyur, 32 saylı tam orta məktəbdə Alman dili müəllimi vəzifəsində işləyir. 11.03.2022-ci il tarixdə İngilis dili müəllimliyi III kurslarda “Məktəb işinin planlaşdırılması” mövzusunda […]
“8 Mart” Beynəlxalq Qadınlar Günü münasibətilə Gəncə Dövlət Universiteti rektorunun 03 mart 2022-ci il tarixli 2/28 saylı əmri ilə təltif olunmuşdur.
Xarici dillər fakültəsinin IV-kurs tələbələri şəhərimizin 1, 4, 31, 39, 43, 44 saylı tam orta məktəblərində pedaqoji təcrübə keçirlər. Adları qeyd edilən məktəblərin rəhbərliyi tələbələrimiz üçün hər şəraiti yaratmışdır. Tələbələrimiz təcrübəli metodist müəllimlərin rəhbərliyi altında sınaq dərslərinə hazırlaşırlar. Tələbələrimizə uğurlar arzulayırıq. Dekanlıq.
Bu günlərdə Leksika və ölkəşünaslıq kafedrasının müəllimi Kəmalə İsayevanın 40 yaşı və Rus dili kafedrasının müəllimi Gülabat Bayramovanın 30 yaşı tamam olub. Hər iki əməkdaşımızı yubileyləri münasibətilə təbrik edir, onlara uzun ömür, sağlamlıq və işlərində uğurlar arzulayırıq.
24 fevral 2022-ci ildə Xarici dillər fakültəsində Xocalı faciəsinin 30-cu ilinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, fakültənin müəllim və tələbələri iştirak etdilər. Tədbirdə fakültənin tələbələrinin hazırladığı proqrama uyğun kompozisiyalar göstərilmiş, cıxışlar olmuşdur. Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva və Fakültə dekanı dosent Əjdər Əsgərov cıxış etdilər. Azərbaycan […]
Xocalı soyqırımı yalnız Azərbaycan və azərbaycanlıların deyil, bütün bəşəriyyətin, hər bir insanın faciəsidir. Dünya birliyi günahsız insanların qətlini qəbul etməməli, Xocalı faciəsi ilə bağlı ədalət səsini ucaltmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında imzaladığı sərəncamda deyilir ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları […]
Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Nizami Gəncəvi irsi və gənclik” adlı layihə çərçivəsində fəal iştirakına görə Xarici dillər fakültəsinin bir qrup tələbələrinə təltif olunub.
07.02.2022 –ci il tarixdə Alman dili kafedasının baş müəllimi Quliyeva Nazilə Museyib qızının açıq dərsi keçirildi. Dərsin mövzusu: Modal feillərin indiki zamanda şəxslər üzrə dəyişməsi. Mətn. “Mağazada”. Dərsdə iştirak etdilər: Fakültə dekanı dos. Ə.Əsgərov, kafedra müdiri dos (attestatsız) E.Atakişiyev, kafedranın müəllimləri: b/m V.Kərimova, b/m N.İbrahimova, A.Yusifli, K.Həsənova və s. iştirak etdilər.