Ka Foskari universitetində 14 günlük Təlim

Leksika və Ölkəşünaslıq kafedrasının baş müəllimi Məmmədova Aytən İtaliyanın Ka Foskari universitetində 14 gün təcrübə keçmək haqqı qazanmışdır.

Aytən Məmmədovanın dedikləri:- Gəncə Dövlət Universitetində Leksika və Ölkəşünaslıq kafedrasının baş müəllimiyəm. 2021 ci il Oktyabr ayında İtaliyanın Ka Foskari universitetinə ərizə ilə muraciət etdim və 2022 ci ilin yaz sessiyasi üçün 14 günlük təcrübə keçmək haqqı qazandım. Bu məqsədlə Mayın 12 dən 24 ə kimi İtaliayanın Venesiya şəhərində Ka Foskari Universitetində tərcumə ixtisasınin tədrisi ilə bağlı təlimlərdə iştirak etdim. Xatırladım ki, Bu proqram Erasmus + Ka1 proqramı layihəsi üzrə idi. Ka Foskaridə əsasən 2 ci kurs tələbələrinin dərslərində iştirak etdim və dərsin gedişi ilə yaxından tanış oldum. Dərslər cox yüksək səviyyədə təşkil olunur və əsasən praktik şəkildə tədris olunur, bu məqsədlə tərcümədə yaddasaxlama və qeydgöturmə texnikasından istifadə etməklə tələbələr müxtəlif növ tərcümələr edirlər. Auditoriyalar lazımi audio vizual ləvazimatlarla təczih olunub. Əminəm ki, bu təcrübədn sonra mən mütləq ki, öz dərslərimdə də tətbiq edəcəm. Orada öyrəndiyim metodların tez bir zamanda effektiv olacagına şübhəm yoxdur. Bu təcrubə  karyera baxımından  mənimçün çox böyük əhəmiyyətə malikdir və inanıram ki gələcəkdə də bucür layihələrin davamı gələcəkdir.