Qrammatika kafedrasının müəllimi Gülnaz Məmmədovanın baş müəllim yerinə seçilməsi ilə bağlı verdiyi xarici dilin tədrisində situativ və şifahi yanaşma adlı elmi seminarı keçirildi.
1990-ci illərdən çox az dil müəllimləri dilin tədrisinə situativ və ya şifahi yanaşma ilə tanış idi. Bu yanaşma 30-cu illərdən 60-cı illərə qədər Britaniya tətbiqi dilçiliyi tərəfindən inkişaf etdirilmişdir.
Baxmayaraq ki, heç bir termin geniş istifadə edilmir, şifahi yanaşmanın təsiri uzun müddətli olmuşdur.
Bu yanaşmanın liderləri Palmer və Hormbidi. Onların hər iki 20-ci əsr Britaniya dil tədrisində mühüm şəxslər idilər və hər ikisi Otto Çesperson, Deniel Cons kimi dilçilərin əsərləri və həmçinin birbaşa yanaşma ilə yaxında tanış idilər.
Bu üsulda diqqət çəkən ilkin yanaşmalardan biri lüğət tərkibinin rolu məsələsidir.
Ikinci yanaşma isə oxu bacarıqlarına daha da gücləndirilmiş diqqətin yönəldilməsidir.
Palmer, Hornbay və Britaniyalı başqa dilçilər İngilis dilini təhlil etmiş və onun cümlə içində qrammatik quruluşunu təsnif etmişdilər.
İngilis dilində cümlə modellərinin təsnifatı tələbələr üçün təqdim olunan ilk xarici dil lüğətlərinə daxil olmuşdur. Bu lüğətlər Hornbay, Qatenbay və Veyikfild tərəfindən inkişaf etdirilmiş və 1953-cü ildə nəşr olunmuşdur.