Gəncə Dövlət Universiteti Fransanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində Xarici Dillər fakültəsi dili ixtisasına müntəzəm olaraq stajçı tələbə dəvət olunur. 2021/2022-ci tədris ilində Benedikt Furye universitetimizə dəvət olunmuşdur.
O tələbələrə həftədə 10 saat fransız dilini praktik olaraq tədris edir. Səfirliyin əməkdaşı Conatan Ünlü stajçı tələbəyə yaradılan iş şəraiti ilə yaxından tanış olmaq Universitetimizdə olmuş, müəllim və tələbələrimizlə fikir mübadiləsi aparmışdır. Qonaq müəllimləri maraqlandıran suallara ətraflı cavab vermişdir. Xaricdə təhsilə bağlı məsələlərə aydınlıq gətrilmişdir.
Universitetimiz ilə yaxından tanış olan qonaq tələbələr üçün yaradılan şəraitdən razı qalmış,” Aleksandr Duma” mərkəzinin fəaliyyətini yüksək qiymətləndirmişdir.
Qonaq tələbələrin təhsildə qazandıqları nailiyyətlər üçün yaradılan şəraitə görə hörmətli rektor professor Yusif Yusibova minnətdarlıq edilmişdir.