Filologiya və xarici dillər fakültəsi ilə Gənclər İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı və dəstəyi ilə tələbələr üçün “Yumşaq bacarıqların (Soft Skills) inkişafı” mövzusunda təlim keçirilib.
Təlimçilər Zinhar Bəbişov və Sevgi Məmmədova tərəfindən keçirilən təlimin əsas məqsədi tələbələrin şəxsi və peşəkar inkişafına töhfə vermək, onların müasir əmək bazarında uğur qazanmaları üçün zəruri olan yumşaq bacarıqlarını inkişaf etdirmək olub.
Təlim zamanı yumşaq bacarıqların əhəmiyyəti, effektiv ünsiyyət, komanda işi, əməkdaşlıq və şəxsi inkişaf kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar bu bacarıqların həm akademik fəaliyyətdə, həm də gələcək karyera həyatında əhəmiyyəti barədə məlumat əldə ediblər.
İnteraktiv müzakirələr və praktiki yanaşmalar əsasında təşkil olunan təlim tələbələrin bilik və bacarıqlarının artırılmasına, onların gələcək peşə fəaliyyətinə daha hazırlıqlı olmalarına dəstək məqsədi daşıyıb.
Qeyd edək ki, bu cür təşəbbüslər tələbələrin hərtərəfli inkişafına, karyera imkanlarının genişləndirilməsinə və onların əmək bazarına hazırlığının gücləndirilməsinə xidmət edir.

