“Müasir mətbuatda beynəlxalq terminologiya və norma” adlı metod seminarı keçirildi

15.10.2026 tarixdə Gəncə Dövlət Universitetinin Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Mədinə Rzayevanın “Müasir mətbuatda beynəlxalq terminologiya və norma” adlı metod seminarı keçirilmişdir. Seminarda mətbuat dili yalnız informasiya çatdırmaqla kifayətlənmir, eyni zamanda yeni terminlərin dilə daxil olması,onların yayılması və normalar çərcivəsində işlək hala gəlməsi prosesində mühüm vasitəçi rolunu oynayır. Mətbuat dili normalaşma prosesinə təsir etməklə dilin inkişafına, söz ehtiyatının zənginləşməsinə və cəmiyyətin dil mədəniyyətinin yüksəlməsinə xidmət edir. Seminarda həmçinin mətbuatda normalar məlumatın dəqiq, aydın və düzgün catdırılmasına xidmət etməsi haqqında geniş şəkildə bəhs olunmuşdur.
Seminarda kafedranın müəllimləri və bir qrup əməkdaşı iştirak etdilər.