Metodiki Şurasının növbəti iclası keçirildi

15 oktyabr  2026-cı il tarixdə saat Filologiya və xarici dillər fakültəsi Metodiki Şurasının növbəti iclası keçirilmişdir. Metodiki Şuranın işlasında aşağıdakı məsələlər müzakirə edilmişdir:

1.Mühazirə, seminar, praktik məşğələlərin metodik təmina­tının monitorinqi

2. Açıq dərslərin və qarşılıqlı dərs dinləmələrinin ilkinm qrafikinin təsdiqi

3. Cari məsələ

      Mühazirə, seminar, praktik məşğələlərin metodik təmina­tının monitorinqi barədə məlumat verən metodiki Şuranın sədri dos. Yadigar Əliyev  fakültənin ixtisas kafedralarında tədris edilən bütün fənlər üzrə fənn proqramları, işçi tədris proqramları (sillabus), dərslik, dərs vəsaitləri mövcuddur. Fakültə EŞ-nın qərarı ilə tədris planına daxil edilən yeni seçmə fənlərin proqramları isə ixtisas kafedraları tərəfindən tezliklə hazırlanmalı və təsdiq üçün təqdim edilməlidir.

     İkinci məsələ  barədə məlumat verən dos. Yadigar Əliyev qeyd etdi ki, kaferaların iş planına uyğun olaraq tədris ilinin əvvəlindən açıq dərslər planlaşdırılır. Hər bir müəllimin ildə biur dəfədən az olmayaraq açıq dərsi təşkil edilir. Cari tədris ilinin əvvəlindən fakültənin ixtisas kafedraları tərəfindən açıq dərslərin cədvəli hazırlanmışdır. Açıq dərslərin ilkin qrafiki fakültə Metodik Şurası və Tədris Departamenti tərəfindən təsdiq edilməlidir. Cari tədris ilinin hazırki yarımili üçün Leksika və ölkəşünaslıq kafdrası tərəfindən 10, Rus dili kafedrası tərəfindən 9, Azərbaycan dili kafedrası tərəfindən 7, Praktik xarici dillər kafedrası tərəfindən 11, Azərbaycan və dünya ədəbiyyatı kafedrası tərəfindən 13, fransız dili kafedrasəıtərəfindən 7, Alman dili kjafedrası tərəfindən 7 açıq dərsin keçirilməsi oktyabr-dekabr ayları üçün nəzərdə tutulmuşdur. Sədr açıq dərslərin ilkin qrafikinin təsdiq olunmasını təklif etdi.

       Müzakirə edilmiş məsələlər barədə müvafiq qərarlar qəbul edilmişdir.Cari məsələdə ixtisas kafedralarının müəllimləri tərəfindən tərtib olunmuş metodiki vəsait və proqramlar müzakirə olunmuş və Elmi Şurada müzakirə olunması tövsiyə edilmişdir.