AZƏRBAYCAN DİLİ KAFEDRASININ DİSSERTANTI AYGÜL ƏHMƏDOVANIN DİSSERTASİYA MÜZAKİRƏSİ KEÇİRİLDİ

23 sentyabr 2026-cı il tarixində Azərbaycan dili kafedrasının dissertantı Əhmədova Aygül Mobil qızının ( İxtisas: 5706.01- “Azərbaycan dili” ) filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün ” Akademik Tofiq Hacıyevin tədqiqatlarında ədəbi dil tarixi problemləri” mövzusunda təqdim etdiyi dissertasiyanın müzakirəsi keçirildi.
Müzakirədə dissertasiyaya dair professor Mübariz Yusibov, dosent Mehriban Məmmədova, dosent Gülarə Məlikova, dosent Aidə Həsənova, baş müəllim filologiya üzrə fəlsəfə doktoru Mətanət Mahmudova və kafedranın digər əməkdaşları çıxış edərək işin AAK-ın tələblərinə cavab verdiyini və müzakirəyə buraxılmasını məqsədəuyğun hesab etdilər.