Tələbəmiz beynəlxalq olimpiadada uğur qazanıb

Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutu­nun Bakı filialı tərəfindən təşkil olunan “Dünya ölkələrinin seçki sistemləri” adlı VI beynəlxalq tələbə internet-olimpiadasında universitetimizin Xarici dil müəllimliyi (alman) ixtisasının II kurs tələbəsi Xəlilova Aysun yüksək nəticə göstərərək yer tutmuşdur. Tələbəmiz bu uğuruna görə sertifikat və hədiyyələrlə təltif olunmuşdur.

Fakültə kollektivi adından Aysun Xəlilovanı əldə etdiyi nailiyyət münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!