Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində 27.02.2025 tarixində Leksika və ölkəşünaslıq kafedrasının elmi seminarı keçirildi. Elmi seminarda Leksika və ölkəşünaslıq kafedrasının müdiri dos.Sevda Kazımova, dos Allahverdi Həmidov və kafedranın əməkdaşları iştirak etdilər. Kafedranın keçirilən Elmi seminarında baş müəllim İsmayılova Gülnur “The use of language in newspapers” (Qəzetlərdə dilin ifadəsi) mövzusu ilə ilə çıxış etdi.
İngilis qəzetlərinin yazılması XVII əsrə aiddir. İlk qəzetlər yalnız xəbərləri şərhsiz, şərhsiz yayırdılar, çünki şərh yazmaq jurnalistika prinsiplərinə zidd hesab olunurdu. XIX əsrdə qəzet dili müəyyən bir kommunikativ məqsəd və özünəməxsus dil vasitələri sistemi ilə xarakterizə olunan xüsusi bir üslub çeşidi kimi tanındı. O, oxucunu məlumatlandırmaq, öyrətmək və əlavə olaraq əyləndirmək məqsədinə xidmət edən bir-biri ilə əlaqəli leksik, frazeoloji və qrammatik vasitələr sistemini ehtiva edir.



