“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”
Heydər Əliyev
25.02.2025-ci il tarixində Xarici dillər və Filologiya fakültəsində 26 fevral – Xocalı soyqırımına həsr olunmuş “Xocalı – unudulmaz ağrımız!” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir. Ümummilli liderimiz Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru, dos.G.Fətəliyeva, çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc sakinlərin başına gətirilən müsibət, vəhşilik, qəddarlıq haqqında, illər ötsə belə heç zaman unudulmayacaq, O qanlı soyqırımdan neçə illər keçsədə o dəhşətli gecəni bu gün də ürək ağrısı ilə xatırlamışlar.
Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi, humanitar məsələlər üzrə dekan müavini p.f.d. Arzu Babayeva “Xocalı- Unutsaq, unudularıq!” mövzusunda çıxış edərək bildirdi ki, Xocalı faciəsi Azərbaycan xalqına qarşı deyil, eləcə də bəşəriyyətə qarşı törədilmiş qətliamdır. Bu soyqırımı heç zaman untumaq olmaz. Azərbaycan dili kafedrasının laborantı Əfruz İsmayılova “Xocalı harayı” çıxışında 26 fevral gecəsində Xocalı vətəndaşlarının harayından, Xarici dillər fakültəsinin 4-cü kurs tələbəsi İsmayılova Fatimə Xocalıda qətlə yetirilən, adı heç kəsə məlum olmayan ancaq Xocalı nişanəsi kimi tanınan Xocalıdan olan 5 yaşlı qız haqqında geniş məlumat verdi. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 3-cü kurs tələbəsi Əliyeva Aynurə çıxış edərək bu faciənin dəhşətlərindən danışdı. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 2-ci kurs tələbəsi Orucova Gülşən “Xocalım, ay Xocalım” şeirini, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 3-cü kurs tələbəsi Həsənov Amin özünün müəllifi olduğu “Xocalı” şeirini söylədilər.










