03.03.2025-ci il tarixdə Xarici dillər fakültəsində Pedaqoji etika (seçmə) fənnindən “Pedaqoji etikanın kateqoriyaları, prinsipləri, vasitələri və tədqiqat metodları” mövzusunda baş müəllim İlahə Cəlilovanın açıq dərsi oldu. Mövzuda əxlaqi dəyərlər olan xeyir və şər, vicdan, mənəvi borc, şərəf , ləyaqət və namus haqqında geniş təqdimat oldu. Daha sonra “Pedaqoji etikanın kateqoriyaları, prinsipləri, vasitələri və tədqiqat metodları geniş şərh edildi. Pedaqoji fəaliyyət zamanı müəllimin uşaqların yaşının, cinsinin və psixoloji xüsusiyyətlərinin nəzərə alınmalı olduğunu, hər şagirdə fərdi yanaşmalı, tərbiyəvi təsirlərdə vahidliyini gözləməlidir.




Müəllim:- b/m Cəlilova İlahə
Kafedra:- Ümumi pedaqoqika
Fənn:- Pedaqoji etika
İxtisas:-Xarici dil müəllimliyi (Rus III)
Mövzu:- “Pedaqoji etikanın kateqoriyaları, prinsipləri, vasitələri və tədqiqat metodları”