Xarici dillər FAKÜLTƏSİNİN “Tərcümə” (İngilis)İXTİSASININ I-III KURSLARINDA “TƏLƏBƏNİN ELEKTRON KABİNETİNİN İSTİFADƏSİ” HAQQINDA TƏLİM KEÇİRİLDİ

Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində təhsilin elektron idarə olunması (EDUMAN) üzrə fakültəmizin seçilmiş ixtisası olan Tərcümə (İngilis) I-III kurs tələbələrinə “elektron kabinetin istifadəsi” (www.kabinet.gdu.edu.az) haqqında təlim keçirilmişdir. Təlimin təşkili və keçirilməsi Xarici dillər fakültəsinin EDUMAN platforması üzrə istifadəçisi, fakültənin operatoru Abbasova Fəridə Rüfət qızı tərəfindən həyata keçirilmişdir. Təlimdə tələbənin elektron kabinetinin  9 bölməsi haqqında ətraflı məlumat verildi və proyektor vasitəsilə əyani şəkildə tələbələrə göstərildi. Bu bölmələr aşağıdakılardır:

  1. Dərs cədvəli;
  2. İmtahan nəticələri;
  3. Elektron Jurnal;
  4. Tədris materialları;
  5. Sərbəst işlər;
  6. Fərdi tədris planı;
  7. Xəbərlər;
  8. Qaydalar;
  9. Əlaqə.

Belə ki, bu kabinet vasitəsi ilə tələbələr, hətta onların valideynləri (istifadəçi adı və şifrələrini bildikləri halda) istədikləri zaman, internetə çıxışı olan ixtiyari yerdən tələbənin təhsil prosesləri ilə bağlı operativ şəkildə müəyyən informasiyaları əldə edə bilərlər.

Təlimdə fakültənin tədris işləri üzrə dekan müavini, baş müəllim Aslanova Məleykə İsfəndiyar qızı, humanitar məsələlər üzrə dekan müavini Babayeva Arzu Tahir qızı iştirak etmişdir.   O, tədris işləri ilə əlaqədar tələbələrə müəyyən məlumatlar verdi, onları daha da nizam-intizamlı olmağa səslədi.

Təlimə həmçinin fakültənin  tyutorları Namazova Şərqiyyə Əvəz qızı, Hətəmova Ulduz Anar qızı, Tağıyeva Aynur Əmiraslan qızı da cəlb olunmuşdur.

Təlimin yekununda tələbələrə elektron kabinetlərinin istifadəçi adı və şifrələri paylanıldı. Son olaraq kabinet şifrələrini dəyişdirməkləri bir daha xatırladıldı.