HƏMKARLAR TƏŞKİLATININ HESABAT SEÇKİ YIĞINCAĞI KEÇİRİLDİ

15.02.2024-cü il tarixdə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin Həmkarlar Təşkilatının hesabat seçki yığıncağı keçirilmişdir. İclasda Gəncə Dövlət Universitetinin Həmkarlar Təşkilatının sədri A.Qasımova, Xarici dillər fakültəsinin əməkdaşları iştirak etmişlər. İclas Xarici dillər fakültəsinin dekanı dos. Əjdər Əsgərovun sədrliyi altında keçirilmişdir. Heyət üzvləri yekdilliklə dos. Sevda Əliyevanı Xarici dillər fakültəsinin Həmkarlar təşkilatının sədri seçmişlər.