“Belçikaya komikslərlə səyahət” adlı mədəni sərgi

 Belçika Krallığının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Univeristetində “Belçikaya komikslərlə səyahət” adlı mədəni sərgi keçirilib.

Səfir qeyd edib ki, sərginin keçirilməsində məqsəd Azərbaycan ictimayyətinə Belçikanı kəşf etmək imkanı yaratmaqdır.

        Sərgidə Belçikanın Azərbaycandakı səfiri Mişel Pitermans, Gəncənin  idarə, müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələriuniversitetin prorektorları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Sərgiylə tanışlıqdan sonra cənab səfir Fransız dili kafedrasının müəllimləri  və fransız dili ixtisasında təhsil alan tələbələrlə görüşmüş, fransız dilinin inkişaf və gələcək perspektivləri ətrafında  müzakirələr aparmışdır.