Bildiyimiz kimi, DAAD (Alman Akademik Mübadilə Xidməti) tələbə və elm işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər Almaniya dövləti tərəfindən tam mailiyyələşdirilir. Təşkilat demək olar, dünyanın bir çox ölkələrində məlumat mərkəzləri ilə təmsil olunur. DAAD (Alman Akademik Mübadilə Xidməti) Azərbaycanın və Almaniyanın bütün ali təhsil müəssisələri arasında körpü rolunu oynayır. DAAD (Alman Akademik Mübadilə Xidməti) hər il alman dili üzrə təhsil alan tələbələrin həm dünyagörüşünü, həm də dil biliklərini artırmaq məqsədi ilə, müntəzəm olaraq, yay məktəbləri və müəllimlər üçün ixtisasartırma seminarları təşkil edir.
Bu il də ənənəmizə sadiq qalaraq 6 oktyabr 2023 –cü il tarixində DAAD (Alman Akademik Mübadilə Xidməti) – nin yeni lektoru Lisa Brandtın Gəncə Dövlət Universitetində görüşü olmuşdur. Görüş zamanı sözügedən təşkilatın yeni layihəsi Xarici dillər fakültəsinin Alman dili müəllimliyi ixtisasının tələbələrinə təqdim edilmişdir.
Həmçinin, vurğulamaq istərdik ki, yeni layihə çərçivəsində bu il üçün tələbələrimizə nəzərdə tutulmuş təqaüd imkanları barədə məlumatlar və müasir dərs metodları barədə geniş tövsiyələr verilmişdir.
Xarici dillər fakültəsinin dekanı dos.Ə.Əsgərov, Alman dili kafedrasının müdiri dos. E.Atakişiyev, kafedranın baş müəllimi V.Kərimova və digər müəllimlər də yeni layihənin təqdimatında iştirak etmişlər.
Təqdimatın yekununda layihə rəhbəri Universitetimizdə təşkil olunmuş görüşə görə öz minnətdarlığını və təşəkkürünü bildirmişdi.