Aylıq Arxiv: Noyabr 2022

“Ana vətən” mövzusunda açıq dərs

16 noyabr 2022-ci il tarixində GDU-nun Xarici dillər fakültəsinin Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Məmmədova Gülnazın rəhbərliyi və III kurs tələbələrinin iştirakı ilə açıq dərs təşkil edilmişdir. Bu dərsin əsas mövzusu “Ana vətən” idi. Belə bir mövzunun seşilməsi tələbələrdə və dərsdə iştirak edən digər müəllimlərdə Vətənə məhəbbət hissləri açıq şəkildə təcəssüm etdirilmişdir. […]

Davamı

“Avropada təhsil və iş imkanları” mövzusunda vebinar

Slovakiyanın paytaxtı Bratislavada beynəlxalq İQVİA şirkətində master data mütəxəssisi olaraq çalışan Ramal Verdiyev ilə Gəncə Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetinin tələbələri arasında “Avropada təhsil və iş imkanları” mövzusunda vebinar təşkil olunmuşdur. Ramal Verdiyev Azərbaycanda bakalavr və magistr təhsilini bitirdikdən sonra hazırda Bratislavada İqtisad Universitetində maliyyənin idarə edilməsi üzrə mühəndislik dərəcəsində […]

Davamı

“Moda və geyimlər” mövzusunda açıq dərs

Müəlim: Allahverdiyeva Ayşən Fənn: Alman diliQrup:3Mövzu: Moda və geyimlər 11.11.2022-ci il tarixində Alman dili kafedrasının muəllimi Allahverdiyeva Ayşən Bəylər qızının 3-cü kurs Alman dili müəllimliyi ixtisasinda açıq dərsi keçirilmisdir. Dərsin mövzusu: Moda və geyimlər.Qrammatika: Feillər indiki zamanda. Dərsdə Xarici Dillər fakültəsinin dekanı,dosent Əjdər Əsgərov, Alman dili kafedra müdiri, dosent Elvin Atakişiyev, Keyfiyyətə təminat mərkəzinin müdiri […]

Davamı

Şəhid Şirinov Ömər Muğan oğlu oxuduğu fakültədə dərin hüznlə yad edildi

Zəfər günü ərəfəsində Xarici dillər Fakültəsinin Xarici dil müəllimliyi (Fransız) ixtisasının məzunu Şəhid Şirinov Ömər Muğan oğlunun valideynləri və qohumları onun oxuduğu fakültədə olmuş və adına yaradılmış auditoriyada xatirə şəkilləri çəkdirmişlər. Şəhidimiz yad edilmiş ruhuna dualar oxunmuşdur. Allah rəhmət eləsin…

Davamı

8 noyabr “Zəfər günü”

Xarici dillər fakültəsində “Zəfər Günü” adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Davamı