“Ana vətən” mövzusunda açıq dərs

16 noyabr 2022-ci il tarixində GDU-nun Xarici dillər fakültəsinin Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Məmmədova Gülnazın rəhbərliyi və III kurs tələbələrinin iştirakı ilə açıq dərs təşkil edilmişdir. Bu dərsin əsas mövzusu “Ana vətən” idi. Belə bir mövzunun seşilməsi tələbələrdə və dərsdə iştirak edən digər müəllimlərdə Vətənə məhəbbət hissləri açıq şəkildə təcəssüm etdirilmişdir. Bu açıq dərs III kurs tələbələrinə gələcək karyeralarında nümunəvi bir dərs kimi yadda qalacaq və cox kömək olacaqdır. Dərsin təşkili və aparılmasında rol oynayan İlknur Ələkbərzadəyə uğurlar diləyirik.