Slovakiyanın paytaxtı Bratislavada beynəlxalq İQVİA şirkətində master data mütəxəssisi olaraq çalışan Ramal Verdiyev ilə Gəncə Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetinin tələbələri arasında “Avropada təhsil və iş imkanları” mövzusunda vebinar təşkil olunmuşdur. Ramal Verdiyev Azərbaycanda bakalavr və magistr təhsilini bitirdikdən sonra hazırda Bratislavada İqtisad Universitetində maliyyənin idarə edilməsi üzrə mühəndislik dərəcəsində təhsil alır. Vebinarda “Data science, LinkedIn , təqaüd proqramları, universitetlərə müraciət prosesi kimi bir çox mövzuya toxunulmuş , tələbələrin öz suallarını Ramal Verdiyevə ünvanlaması və sualların cavablandırılması nəticəsində diskussiya tipli vebinar keçirilmişdir