18 oktyabr Müstəqilliyin Bərpası Günü

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli […]

Davamı

Gəncə şəhəri erməni vandalizmini unutmur

Dinc əhaliyə qarşı hücumdan 3 il ötür. Bu gün Gəncədə şəhər ictimaiyyətinin yürüşü keçirildi. Yürüşdə xüsusilə gənclər fəal iştirak etdilər. Xarici dillər fakültəsinin Leksika və ölkəşunaslıq kafedrasının müdiri Qəhrəman Yüksəl Əlizadənin anası Sevda xanım Kazımova şəhid anaları adindan çıxış etdi və onlara allahdan rəhmət dilədi.

Davamı

DAAD (Alman Akademik Mübadilə Xidməti) – nin yeni lektoru Gəncə Dövlət Universitetində

Bildiyimiz kimi, DAAD (Alman Akademik Mübadilə Xidməti) tələbə və elm işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər Almaniya dövləti tərəfindən tam mailiyyələşdirilir. Təşkilat demək olar, dünyanın bir çox ölkələrində məlumat mərkəzləri ilə təmsil olunur. DAAD (Alman Akademik Mübadilə Xidməti) Azərbaycanın və Almaniyanın bütün ali təhsil müəssisələri arasında körpü rolunu oynayır. […]

Davamı