Fakültəmizin növbəti uğuru
14 aprel 2017-ci il tarixində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş ” Multikultralizm Azərbaycan xalqının həyat tərzidir” mövzusunda bakalavriat və magistrantların xarici dillərdə ümumşəhər elmi- nəzəri konfrası keçirilmişdir. Konfransda Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin Xarici Dillər Fakültəsinin tələbələri ingilis, rus, alman, fransız dillərində çıxış etdilər. […]
Qanvermə aksiyası
Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin bir qrup tələbələri 18 aprel 2017-ci il tarixində “Qanvermə” aksiyasında iştirak etmişlər.
Açıq dərs
10.04.2017-ci il tarixdə alman dili kafedrasının baş müəllimi Qasımova Gözəl Telman qızının Alman dili müəllimliyi I kurslarda Qrammatika fənnindən “Bəli, xeyir tipli sual cümlələri; Asudə vaxt” mövzusunda açıq dərsi keçirildi. Açıq dərs müzakirə olundu. Dərs “Əla” qiymətləndirildi.
açəq dərs
04.04.2017 tarixdə Leksika və ölkəşünaslıq kafedrasının müəllimi Əliyeva Leyla Zahid qızının İngilis dili müəllimliyi II kurslarda Xarici dildə oxu və nitq fənnindən ” In the Media. The Passive. Reading and Vocabulary” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsin müzakirəsi Açıq dərsdə iştirak etdilər:- Fakültə dekanı dos. Ə. Əsgərov, dekan müavini M. Aslanova, dos. […]
Fakültəmizin xeyriyyəçi tələbəsi
Xarici dillər fakültəsinin Rus-dili dili ixtisasının I kurs tələbəsi Əliyeva Səkinə Şahlar qızı şəhərin Heydər Əliyev muzeyi nəzdində fəaliyyət göstərən uşaq kitabxanasında könüllü olaraq, təmənnasız uşaqlar üçün Rus dili kursu yaratmışdır. Hal-hazırda kursda 17 uşaq vardır. Uşaqlar həftədə 2 dəfə məşgələlərdə iştirak edirlər. Universitetimizin və fakültəmizin rəhbərliyi bu işdə Səkinə qızımıza uğurlar arzulayırlar.