Azərbaycanda beynəlxalq təhsilin imkanları

26.12.2023 tarixində baş tutacaq “Azərbaycanda beynəlxalq təhsilin imkanları” forumunda iştirak etmək istəyində olan əcnəbi vətəndaşlığı olan tələbələrin 15.12.2023 tarixinə qədər qeyd edilən linkə daxil olub qeydiyyat formunu doldurması vacibdir. Linki aidiyyatı üzrə paylaşaraq dəstək göstərməyiniz xahiş olunur. Qeyd: Tədbirdə tam və aktiv iştirak edən tələbələrin qala gecəsinə dəvət olunacağını qeyd etməyiniz xahiş olunur.

Davamı

12 Dekabr Ümummilli lider Heydər Əliyevin anım günüdür

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız   tərəfindən daim fəxr hissi ilə söylənilir,  əziz xatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir. Nə qədər ki qədirbilən xalqımız var, nə qədər ki müstəqil Azərbaycan var, Ulu Öndər daima qəlblərdə yaşıyacaq, xatirəsi […]

Davamı

6 saylı tam orta məktəbdə “Ustad dərsi”

08.12.2023-cü il tarixdə Qrammatika və ingilis dilinbin tədrisi kafedrasının müəllimi Cəlilova Türkan Müzadil qızının Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə 5 A sinfində “Eat healthy, be healthy” (sağlam qidalan, sağlam ol) mövzusunda “Ustad dərsi” keçirilib. Dərsdə Xarici dillər fakültəsinin dekanı dos. Əjdər Əsgərov, Təcrübə və karyera şöbəsinin müdiri dos. Cabbar Qarayev , Qrammatika və […]

Davamı

Pedaqoji təcrübəyə həsr olunmuş konfrans

05.12.2023-cü il tarixdə Xarici dillər fakültəsində buraxılış kurs tələbələri ilə pedaqoji təcrübəyə həsr olunmuş konfrans keçirildi. Konfransda pedaqoji təcrübəyə aid bütün tapşırıqlar verildi. Fakültə dekanı, dos. Əjdər Əsgərov, Təcrübə və karyera şöbəsinin müdiri dos. Cabbar Qarayev və kafedra müdirləri tələbələrin suallarını cavablandırdılar.

Davamı