MONİTORİNQ QRUPu FAKÜLTƏMİZDƏ

20.11.2023-cü il tarixdə dosent Allahverdi Quliyevin iştirakı ilə Monitorinq qrupu fakültəmizdə II növbənin II saatında dərslərdə iştirak etdilər. İlkin müzakirələr keçirildi. Monitorinq qrupu ayrı-ayrılıqda dərslərə paylandılar. Onlar II və IV kurslarda dərslərdə iştirak etdilər. Sonda dərslərin müzakirəsi oldu.

Davamı

“ZƏFƏR GÜNÜ” GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ TƏNTƏNƏ İLƏ QEYD EDİLDİ

8 Noyabr-Zəfər Günü münasibətilə Gəncə Dövlət Universitetində “Qarabağ Azərbaycandır” adlı bayram tədbir keçirilmişdir. Tədbirdən sonra Universitetin rektoru professor Yusif Yusibov və digər rəhbər şəxslər o cümlədən Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Universitetin V korpusunda Şəhid Yüksəl İlqar oğlu Əlizadənin şəkli önünə gül qoydular.  Tədbirdə müəllimlər və tələbələr də iştirak etmişlər.  

Davamı

9 NOYABR-AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BAYRAĞI GÜNÜDÜR

Azərbaycan Respublikasının bayrağı — Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri. Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildən etibarən hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Davamı

DAAD (ALMAN AKADEMİK MÜBADİLƏ XİDMƏTİ) – NİN YENİ LEKTORU fakültəmizin tələbələri ilə görüş keçirdi

DAAD (Alman Akademik Mübadilə Xidməti) tələbə və elm işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər Almaniya dövləti tərəfindən tam mailiyyələşdirilir. Təşkilat demək olar, dünyanın bir çox ölkələrində məlumat mərkəzləri ilə təmsil olunur. DAAD (Alman Akademik Mübadilə Xidməti) Azərbaycanın və Almaniyanın bütün ali təhsil müəssisələri arasında körpü rolunu oynayır. DAAD (Alman […]

Davamı

“Möhtəşəm Zəfər” adlı tədbir keçirildi

8 Noyabr ….Bu zəfər günümüzdür. Bu 30 illik həsrətin bitdiyi gündür. Bu günümüzə görə  və sabahımıza görə, qələbəmizi  bizlərə bəxş edib, özləri aramızda olmayan, bizə milli qürurumuzu qaytaran, başımızı uca edən  şəhidlərimizə borcluyuq və onların ruhu qarşısında baş əyirik. Tədbirin proqramı Giriş sözü:     dos.Gülsüm  Fətəliyeva                          Humanitar məsələlər üzrə prorektor Çıxışlar: 1.”Zəfər marşı”.  Xorun ifası […]

Davamı