Əliyeva Zahirə Məşədi Ələkbər qızı
- Dos. Əliyeva Zahirə Məşədiələkbər q.
Vəzifəsi: Praktik Xarici dillər kafedrasının müdiri
Telefon: 050 633 45 71
Email: zahireeliyeva57@gmail.com
QISA BİOQRAFİK MƏLUMAT
1957-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
1964-1974-cü illərdə Gəncə şəhəri Məhəmməd Füzuli adına tam orta 22 saylı məktəbi bitirmişdir.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADI
1975-1980-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici dillər institutunun İngilis dili ixtisası üzrə tam kursu bitirmişdir.
2004-cü ildə Azərbaycan Dillər Universitetinin Ümumi Dilçilik kafedrasının dissertant olmuşdur.
2010-cu ildə Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi verilmişdir.
2013-cü ildə Praktik Xarici dillər kafedrası üzrə Dosent elmi adı verilmişdir.
ƏMƏK FƏALİYYƏTİ
1980 – 1984-cü illərdə H.Zərdabi adına KDPİ-nin Xarici Dillər kafedrasında laborant vəzifəsində işləmişdir.
1984-1998-ci ildədək Gəncə şəhər M.Sabir adına 5 saylı orta məktəbdə İngilis dili müəllimi vəzifəsində çalışmışdır.
1998-ci ildən hal hazıradək Gəncə Dövlət Universtitetinin Xarici dillər fakültəsinin Praktik Xarici dillər kafedrasında çalışır.
2013-cü ildən hal hazıradək Praktik Xarici dillər kafedrasında müdir vəzifəsində çalışır.
2011- ci ildən 2013 ilə qədər Gəncə Dövlət Universitetinin Praktik Xarici dillər kafedrasında dosent əvəzi, 2013 – cü ildən dosent vəzifəsində çalışıram.
- Təltiflər: Qabaqcıl təhsil işçisi.
- Gəncə Dövlət Universitetin 80 illik yubileyi münasibəti ilə 06.noyabr 2018-ci il tarixli 2/158 saylı əmri ilə təltif olunmuşam.
- Təhsil nazirliyi Gəncə Dövlət Universiteti Fəxri Fərman Universitetdə uzun müddətli qüsursuz fəaliyyətinə görə təltif edilmişdir.
TƏDQİQAT SAHƏSİ
“İngilis və Azərbaycan dillərində Telekommnikasiya terminlərinin struktur-semantik xüsusiyyətləri” adlı namizədlik dissertasiyası müdafiə edərək 12 yanvar 2010 cu il tarixli (protokol ¹ 02 qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam).
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2011-ci ildə Rusiya Federasiyasının Elm Nazirliyi, Belgorod Dövlət Universitetində keçirilən elmi konfrasda iştirak etmişdir.
2014-cü ildə Turkiyə Respublikasının NİĞDE universitində elmi məqalə ilə çıxış etmişdir.
2014-cü ildə Polşa Respublikasının Lodz şəhərində “CLARK University and university of Social Sciences master-degree proqrams” ixtisas artırma kursunda iştirak etmişəm.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Azərbaycanca-ingiliscə rusca telekommunikasiya terminləri – lüğət. Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Universiteti Gəncə – 2014
- İngilis dili . Ali məktəblərin Magistr pilləsi üçün proqram.
- İngilis dili . Ali məktəblərin qeyri ixtisas magistr pilləsi üçün dərs vəsaiti. Gəncə 2016
- Müxtəlif sistemli dillərdə telekommunikasiya terminlərinin linqvistik təhlili. Monoqrafiya. Elm və təhsil. Bakı 2018
- Ali məktəblərin qiyabi şöbəsi üçün proqram. Gəncə 2018
- “English” Ali məktəblərin qiyabi şöbəsi üçün dərs vəsaiti. Gəncə 2018
- Ibtidai sinif müəllimliyi ixtisası xarici dil ( ingilis dili) proqram. Gəncə 2019
- “Business and Academic Communication” adlı dərs vəsaiti –Bakı 2021.
- Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət universiteti “Xarici dildə (ingilis dili) işgüzar və Akademik Kommunikasiya”-Ali məktəblərin bakalavriat təhsil səviyyəsi üzrə proqram-Gəncə 2022
- Xarici dildə (İngilis dili) işgüzar və akademik kommunikasiya 2 “ adlı fənn proqramı. Azərbaycan respublikası Təhsil Nazirliyi. Bakı 2022
- Typology as a special branch of linguistics. “Colloquium – journal” Warshava International conference 20.04.2023
Dil bilgisi: İngilis, türk
Partiyalığı: YAP