Əhmədova Kəmalə Qələndər qızı
ƏHMƏDOVA KƏMALƏ QƏLƏNDƏR QIZI
- Həyatı – Əhmədova Kəmalə Qələndər qızı 1961 – ci il sentyabr ayının 9-da Qazax şəhərində anadan olmuşam.
- Təhsili: 1968 – ci ildə Qazax şəhəri 2 saylı orta məktəbin 1-ci sinfinə getmişəm. 1978 – ci ildə həmin məktəbin 10 – cu sinfini bitirmişəm.
1978 – ci ildə M. F. Axundov adına rus dili və ədəbiyyatı institutuna daxil olmuşam. 1983 – cü ildə həmin institutu bitirmişəm.
- İş təcrübəsi – 1983 – cü ildən 1986 – cı ilə kimi Gəncə şəhəri C. Cabbarlı adına 6 saylı orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləmişəm.
1986 – cı ildən 1991 – ci ilədək H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji institutunda Azad komsomol komitəsinin katibi vəzifəsində işləmişəm.
1989 – cu ildən hal – hazıra kimi universitetin rus dili kafedrasının müəllimi, baş müəllimi, dosentiyəm.
2001 – ci ildən 2010 – cu ilədək Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləmişəm.
1990 – cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutunun terminologiya şöbəsinin dissertantı olmuşam.
1995 – ci ildə “Azərbaycan dilində rus və avropa mənşəli sonşəkilçili terminlərin alınması” mövzusunda dissertasiya işini müdafiə etmişəm.
1989 – cu ildən H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji institutunun rus dili kafedrasına müəllim seçilmişəm. 1995 -ildə həmin kafedranın baş müəllimi, 2001-ildən isə kafedranın dosentiyəm.
2011 – ci ildən Gəncə Dövlət Universitetinin rus dili kafedrasının müdiriyəm.
1991-2012-ci illər ərzində 34 elmi məqalənin, 2 tədris vəsaitinin, 3 metodik vəsaitin, 1 metodik göstərişin müəllifiyəm.
Ailəliyəm, 2 övladım var.